[:az]AXCP fəalı həbs edilib[:]

tərəfindən Gozetci

[:az]Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Nicat Abdullazadə və Ceyhun Novruzov 50 manat məbləğində cərimələnib.

Bu barədə Turana  məlumat verən Nicat Abdullazadnin sözlərinə görə, partiya fəalı onun və partiyanın digər fəalı Ceyhun Novruzov barələrində Səbail Rayon 8-ci polis bölməsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə protokol tərtib olunub. “Biz, yəni mən, Ceyhun Novruzov və Elzamin Salayev Səbail rayon ərazisində yerləşən kafelərdən birinə gəlmişik, yemək sifariş vermişik. Birdən kafeyə özlərini Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları kimi təqdim edən şəxslər daxil oldu və bizi saxladı. Qanımızda alkoqolun olub-olmamasını yoxlamaq üçün ekspertizaya apardılar. Mənim qanımda heç nə tapılmadı, Ceyhunun və Elzaçin bəyin qanında alkoqol izləri çıxdı. Protokol tərtib etdilər ki, guya biz kafenin qabağında söyüş söymüşük. Məni və Novruzovu 50 manat məbləğində cərimələdilər, Elzamin Salayevi isə məhkəməyə apardılar”.

Sonra məlum olub ki, Elzamin Salayev 30 sutka müddətinə həbs olunub.

Abdullazadənin sözlərinə görə, saxlanılmasının səbəbi Salayevin Səlyan rayonun polisi ilə bağlı çəkdiyi video ilə bağlıdır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən və Səbail Rayon 8-ci polis bölməsindən münasibət öyrənmək mümkün olmayıb

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az