[:az]Jurnalist: Ali Məhkəmənin qərarından Avropa Məhkəməsinə şikayət verəcəm[:]

tərəfindən Gozetci

[:az]Dekabrın 18-də Ali Məhkəmə hakim Hafiz Nəsibovun sədrliyi ilə reallig.info saytının redaktoru İkram Rəhimovun kassasiya şikayətini təmin etməyib.

Jurnalist 2018-ci il oktyabrın 26-da saxlanılıb, hədələmə yolu ilə pul tələb etməkdə ittiham olunub və həbs edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, İkram Rəhimov tabeçiliyində olan şəxslərlə birlikdə `Realliq.info` və digər `reket` informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

Məlumatda deyilir ki, məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb.

2019-cu il iyunun 12-də məhkəmə onu 5,5 il müddətinə azadlıqdan məhrum edib.

Jurnalist həbsini və barəsindəki məhkəmə qərarlarını sifarişli hesab edir. O buna etiraz olaraq həbsxanada dəfələrlə aclıq aksiyası keçirib.

Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə jurnalistin həbs müddətinin 5,5 ildən 3 ilə endirilməsi barədə qərar qəbul edib.

Çoxsaylı beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətini jurnalistin təqibinə son qoymağa və onu həbsdən dərhal azad etməyə çağırıb.

Öz növbəsində rəsmi Bakı ölkədə media azadlığının tam bərpa edildiyini, insanların baxışlarına görə təqib edilmədiyini bəyan edir. Hökumət rəsmiləri bütün insanların qanun qarşısında bərabər olduğunu, azad mətbuatın dəstəklənməsi üçün daim yardımlar edildiyini bildirir.

İkram Rəhimov prezidentin ictimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi Əli Həsənov barəsində kəskin tənqidi məqalələr dərc etməklə məşhurdur.

Rəhimov məhkəmədə 2018-ci ilin oktyabrında Həsənovu tənqid edən açıq məktubu dərc etdikdən bir neçə saat sonra saxlanıldığını bildirib.

Ali Məhkəmənin bu günki iclasından sonra isə jurnalist bidlrib ki Ali Məhkəmənin qərarı tam ədalətsizdir.

“Ali Məhkəmənin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verəcəm. Məhkəmənin qərarı sifarişlidir. Mənim azadlığıma qoyulan məhudiyyətin səbəbi yazdığım yazılardır, jurnalist fəaliyyətimlə bağlıdır. Bu gün azad mətbuat işçilərinin susdurulması üçün məhkəmə qərarları yetərlidir. Həbsdə olmağıma baxmayaraq susan deyiləm, mübatrizəmi davam etdirəcəm,” o qeyd edib.

Amerikanın Səsi[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az