[:az]Gülağa Aslanlı gün ərzində üç dəfə polisə çağırılıb[:]

tərəfindən Gozetci

[:az]Müsavat Partiyası aparatının rəhbəri Gülağa Aslanlı noyabrın 8-də üç dəfə polisə çağırılıb. Bu barədə Turan-a G.Aslanlı özü məlumat verib.

Belə ki, günortaya yaxın onu Binəqədi Rayon Polis İdarəsinə, rəis müavininin yanına çağırıblar.

Lakin idarəyə getdikdən sonra polis əməkdaşı onun şəxsi məlumatlarını alıb və 15 dəqiqədən sonra sərbəst buraxıblar.

Sonra Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinə “10 dəqiqəlik söhbətə” çağırılıb.

Günün ikinci yarısında isə G.Aslanlıya telefon edərək noyabrın 9-da saat 11:00-da Bakı Şəhər Baş Polis İdarəsinə gəlməyi tapşırıblar.

G.Aslanlının sözlərinə görə, son günlər Bakıda və regionlarda Müsavat Partiyasının 25-ə yaxın fəalı polis orqanlarına çağırılıb.

Onun fikrincə, polis bu yolla Müsavat Partiyasının nəzərdə tutulan etiraz aksiyasına görə qabaqlayıcı tədbirlər həyata keçirir.

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının noyabrın 10-da şəhər içində mitinq keçirməsinə icazə verməyib və aksiyanın Lökbatan qəsəbəsində keçirilməsini təklif edib.

Partiya mitinqi ləğv edib və noyabrın 12-nə şəhər administrasiyasının qarşısında piket təyin edib.

Lakin Bakı Şəhər İcra Hakimiyyəti bu piketə icazə verməyib.

Müsavat Partiyası rəhbərliyi bildirib ki, bütün hallarda şəhər administrasiyasının qarşısında aksiya keçirəcək.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az