[:az]Müsavat Partiyası: ’40-a yaxın üzv polisə çağırılıb'[:]

tərəfindən Gozetci

[:az]

Foto: Meydan TV

“Son günlər Müsavat Partiyasının 40-a qədər üzvü polisə çağırılıb”

Bunu AzadlıqRadiosuna bu gün, noyabrın 9-da Müsavat Partiyasının Mətbuat xidmərinin rəhbəri Müstafa Hacıbəyli bildirib.

Onun sözlərinə görə, polisə çağırılanlarla patiyanın noyabrın 12-nə təyin etdiyi aksiyada işitrak edib-etməyəckləri ilə bağlı söhbət olub.

“Hələlik, saxlanan yoxdur, amma təzyiq davam edir”-deyə M.Hacıbəyli bildirib.

M.Hacıbəyli qeyd edib ki, noyabrın 9-da partiya rəhbərliyinə daxil olan G. Aslanlı, S. Soltanlı, F. Kərimov və R. Əmiraslanlı da Bakı Şəhər Baş Polis İdarəsinə dəvət ediliblər.

Amma Mustafa Hacıbəylinin bu dediklərini, hələlik, Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb. Amma rəsmilər bir qayda olaraq vurğulayırlar ki, ölkədə heç kim dinc siyasi faliyyətinə və tənqidi mövqeyinə görə təzyiqlərlə üzləşmir.

Müsavat Partiyası noyabrın 10-na mitinq təyin etmişdi. Amma Bakı Şəhər İcra Hakimiyyəti ilə aksiyanın yeri ilə bağlı razılaşma əldə edilmədiyindən mitinq təxirə salındı. Daha sonra, partiya noyabrın 12-nə piket elan etdi. Amma bu aksiyanı isə şəhər rəhbərliyi məqsədəuygun saymayıb. Müsavat Partiyası rəhbərliyi isə piket keçirməkdə israrlı olduqlarını bəyan edib.

Mitinqdə «Siyasi məhbuslara azadlıq», «Repressiyalara son» kimi şüarların səsləndirilməsi planlaşdırılırdı.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların mövcudluğu və repressiyaların aparılması fikri ilə razı deyillər. Onlar deyirlər ki, Azərbaycanda siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Piketin isə sərbəst toplaşmaq azadlığı ilə bağlı keçiriləcəyi açıqlanıb.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az