[:az]Müsavat Partiyasının fəalı Cahangir Əmirxanlı polisə çağırıldığını bildirib[:]

tərəfindən Gozetci

[:az]Müsavat Partiyasının fəalı Cahangir Əmirxanlı noyabrın 7-də Gəncə Şəhər Baş Polis İdarəsini çağırılıb. Bu barədə onun özü bildirib .

“Çağırış Müsavat Partiyasının noyabrın 10-na  təyin etdiyi, amma artıq ləğv olunan mitinqlə bağlı olub.  Məndən mitinq barədə soruşdular, razılaşdırılmamış mitinqlərin keçirilməsinin yolverilməz olduğunu  bildirdilər.   Mən onlara dedim ki, Konstitusiyaya əsasən mitinqlərin keçirilməsi üçün icazə tələb olunmur və siyasi qüvvələr sərbəst toplaşma hüququna malikdir.  Məndən mitinqə gedib-getməyəcəyimi soruşdular. Mən dedim ki, hələ qərar qəbul eləməmişəm. Aksiya təyin olunduqdan sonra qərar qəbul edəcəyəm”, – C.Əmirxanlı bildirib.

Onu buraxıblar, ancaq noyabrın 11-də yenidən polisə gəlməyi tapşırıblar.

Bundan öncə, noyabrın 6-da Müsavat Partiyasının sədr müavini Azər İsmayıl Gəncə Şəhər Baş Polis İdarəsinə çağırılmışdı.

*Müsavat Partiyası noyabrın 10-da mitinq keçirməyi planlaşdırmışdı. Lakin Bakı Şəhər İcra Hakimiyyəti  aksiyanın Lökbatan qəsəbəsində keçirilməsini təklif edib.

Partiya bu təklifi məqbul saymayıb və toplaşma azadlığının pozulmasına etiraz olaraq noyabrın 12-də   Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında aksiya keçiriləcəyini bəyan edib.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az