[:az]İlham Hüseyn: ‘Çörək alıb qayıdanda üç nəfər yaxınlaşdı ki…'[:]

tərəfindən Gozetci

[:az]Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü İlham Hüseyn deyir ki, 36 yaşı var, indiyə qədər nə siqaretin, nə də spirtli içkinin dadını bilir.

“Şərləmə də iki cür olur – bir var, ədalətli şərləmə, bir də var, ədalətsiz. Bu çox ədalətsiz şərləmədir”, – İlham Hüseyn oktyabrın 26-da məhkəmədə belə deyib.

Bu gün, oktyabrın 26-da Bakı Apellyasiya Məhkəməsində onun 60 günlük həbsi barədə Sabunçu rayon Məhkəməsinin qərarından verilən şikayətə baxılıb.

Məhkəmədə İlham Hüseynin vəkili deyib ki, onu oktyabrın 16-da səhər saat 9 radələrində evinə çörək alıb gələrkən üç nəfər mülki geyimli şəxs saxlayıb. Vəkilin sözlərinə görə, İ.Hüseyni Sabunçu rayon 12-ci Polis Bölməsinə aparıb, saat 16.00 radələrinə qədər orada saxlayıblar:

“Daha sonra onu məcburi şəkildə Narkoloji Mərkəzə aparıb, qanından heroin tapılması barədə rəy alıblar. Halbuki, narkoloji müayinə üçün mütləq şəxsin özünün yazılı razılığı olmalıdır. Yoxdur belə razılıq. İlham Hüseynə ailəsilə əlaqə saxlamağa, vəkilini çağırmağa imkan verməyiblər”.

Vəkil vəsatət verib ki, İlham Hüseynin saxlandığı ərazidəki təhlükəsizlik kameralarının görüntülərinə baxış keçirilsin. Vəsatət təmin edilməyib.

“Milli Şura 19 oktyabra mitinq təyin etmişdi. İlham Hüseyn də mitinqin təşkilatçılarından biri idi. Oktyabrın 15-dən təşkilatçıları, AXCP fəallarını həbs eləməyə başlamışdılar. İlhamı da oktyabrın 16-da həbs ediblər”, – vəkil vurğulayıb.

İlham Hüseyn özü qısa danışıb. Deyib ki, mitinq öncəsi həbs olunacağını gözləyirdi:

“Səhər çörək alıb gələndə üç nəfər yaxınlaşdı ki, guya Əhəd adlı adamı axtarırlar. Dedim ki, mən uşaq deyiləm…”

Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımov şikayəti təmin etməyib.

İlham Hüseyn bildirib ki, qərardan Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərəcək.

İlham Hüseyn oktyabrın 16-da saxlanıb. Onun narkotik ilə yanaşı, həm də saxlanılarkən polisə müqavimət göstərməkdə suçlandığı bildirilir. O, Sabunçu Rayon Məhkəməsinin qərarıyla 60 gün inzibati həbs cəzası alıb.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az