[:az]Milli Şura yeni mitinq təyin edib[:]

tərəfindən Gozetci

[:az]Demokratik Qüvvələrin Milli Şurası növbəti mitinq qərarı verib.

Bu barədə AzadlıqRadiosuna qurumdan bildiriblər.

Milli Şuradan verilən məlumata görə, aksiyanın noyabrın 2-si keçirilməsi nəzərdə tutulur. Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) aksiyanın keçirilməsindən ötrü iki yer təkilf etmək niyyətindədirlər.

Qurumdan bəyan ediblər ki, BŞİH bu dəfə də təklif etdikləri yerləri münasib saymayaraq, onları paytaxtın mərkəzindən kənar Lökbatan qəsəbəsinə göndərmək istsə, yenə istədikləri yerdə aksiya keçirməyə üstünlük verecəklər.

Mitinq Komitəsindən deyiblər ki, aksiyanın tələbləri də dəyişməz qalıb.

Təşkilatçıların bundan öncə bildirməsinə görə, aksiyanın tələblərinə Qarabağa, siyasi məhbuslara azadlıq, uşaqlara aylıq müavinətin verilməsi, qaz və elektrikin əvvəlki qiymətlərlə satılması kimi məsələlər daxildir.

Hakimiyyət rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar siyasi məhbus sayılan şəxslərin məhz törətdikləri əmələ görə, məsuliyyətə cəlb edildiklərini vurğulayırlar.

Bəzi hakimiyyət rəsmiləri habelə, qeyd edirlər ki, ünvanlı sosial yardımlarla birgə uşaqlara aylıq müavinətin verilməsi düzgün olmaz. Azərbaycanda uşaqlara aylıq müavinətin ödənilməsi 2006-cı il yanvarın 1-dən ünvanlı sosial yardımların verilməsi ilə dayandırılıb.

2016-cı ilin noyabrında isə Azərbaycanda qaz və elektrikin qiyməti qaldırılıb. Amma qaz və elektrikin satış qiymətində müəyyən limit də tətbiq edilib. Həmin vaxtdan enerjidaşıyıcılar müəyyən limit çərçivəsində əvvəlki qiymətə satılır.

Xatırlatma

Milli Şura bundan əvvəl oktyabrın 19-da Bakıda etiraz aksiyası keçirməyə cəhdlər göstərib. Həmin aksiya Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmayıb. Polis aksiyanın qarşısını alıb, onlarla şəxs saxlanıb. Sonradan onlardan 30-dan çoxuna inzibati həbs cəzası verildiyi açıqlanıb.

Aksiya öncəsi Bakı metrosunun 3 stansiyasına giriş qapadılıb, şəhərin mərkəzində internetdə kəsintilər yaranıb.

Milli Şura bu aksiyanın keçirilməsindən ötrü BŞİH-ə şəhərin mərkəzinə yaxın 3 yer təklif etmişdi. Amma BŞİH bu yerlərin heç birini münasib saymayaraq, Milli Şuraya Bakının mərkəzindən kənar Lökbatan qəsəbəsini təklif etmişdi. BŞİH Milli Şuranın təklif etdiyi yerləri münasib saymamasını, əsasən həmin ərazilərdə nəqliyyatın sıxlığı və təhlükəsizlik amili ilə izah etmişdi.

Bundan sonra, Milli Şura rəhbərliyi bu cavabla Konstitusiya ilə onlara verilən sərbəst toplaşmaq azadlığının pozulduğunu bildirərək razılaşdırılmamış aksiyaya qərar vermişdilər.

Bakı şəhər Baş Polis İdarəsi də bəyan etmişdi ki, icazəsiz aksiyanın qarşısı alınacaq.

 [:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az