[:az]Keçmiş müstəntiqin şikayəti təmin edilməyib[:]

tərəfindən Gozetci

[:az]Milli Şuranın oktyabrın 19-da keçirdiyi mitinqdə saxlanan keçmiş müstəntiq Rüfət Səfərov-un 30 günlük həbs qərarından apellyasiya şikayətinə baxılıb.

Oktyabrın 26-da Bakı Apellyasiya Məhkəməsində öncə onun vəkili Bəhruz Bayramov çıxış edib. Deyib ki:

“Sərbəst toplaşma azadlığı haqqında” qanunun 5-ci maddəsində mitinq barədə icazə almaq yox, dövlət orqanını xəbərdar etmək nəzərdə tutulub: “Azərbaycan Konstitusiyasının 49-cu, Avropa Konvensiyasının 11-ci maddəsi də sərbəst toplaşma azadlığını nəzərdə tutur. Rüfət Səfərov heç bir şüar səsləndirməyib, sakitcə dayandığı halda, polislər onu çox kobud şəkildə tutub aparıblar”.

Rüfət Səfərov özü də konstitusion hüququndan istifadə etdiyini və əməlində qanun pozuntusu olmadığını vurğulayıb. Deyib ki, haqqındakı məhkəmə qərarı qanunsuz və ədalətsizdir:

“Mənim oktyabrın 19-da, 17.10-da saxlandığım yazılıb. Amma daha tez tutulmuşdum”.

Həm Rüfət Səfərov özü, həm də vəkili sözügedən qərarın ləğvini istəyib.

Amma hakim Namiq Məmmədov şikayəti təmin etməyib. Nəsimi Rayon Məhkəməsi-nin qərarı qüvvədə saxlanıb.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az