[:az]Əli Kərimlinin evinin önü polislər tərəfindən mühasirəyə alınıb[:]

tərəfindən Gozetci

[:az]AXCP sədri Əli Kərimlinin evinin önü polislər tərəfindən mühasirəyə alınıb. Bu barədə Əli Kərimli özünün “Facebook” hesabında məlumat paylaşıb:

“Evimizin qarşısında, daha doğrusu düz liftin qarşısında 20 nəfərə qədər mülki geyimli şəxs – əməliyyatçılar dayanıb. Yəqin ki, mənim mitinqə getməyimi əngəlləməyə çalışacaqlar, ya da mənzilə gələcəklər. Binanın qarşısından jurnalistlər Təzəxan Mirələmli, Fatimə Mövlamlı və daha bir jurnalisti artıq həbs etdilər. Hələ də həbs olunmamış jurnalistləri binamızın qarşısına – blokumuzun daxilinə dəvət edirəm. Mən danışdığımız kimi, saat 15:00-da mitinqdə olmaq üçün 14:50-də evdən çıxacam”

Qeyd edək ki, Demokratik Qüvvələrin Milli Şurasının saat 15:00 a mitinq təyin edib.  Xalq Cəbhəsi Partiyasının rəhbərliyi bugünki mitinq ərəfəsində partiya fəallarının həbslərinin davam etdiyini bildirir. Həbs edilənlərin ümumi sayı 10 nəfəri keçib. Onlardan beşi inzibati qaydada 60 günlük həbs edilib.

 [:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az