[:az]Milli Şurasının saat 15-ə təyin etdiyi mitinq öncəsi C.Cabbarlı heykəli ərazisi polislə əhatələnib. Gözətçinin məlumatına görə jurnalistlərə yolun qarşı tərəfinə keçməyə icazə verilmir. Yolu keçmək istəyən vətəndaşlar “28 moll” ticarət mərkəzinin içindən keçməlidir. Ticarət Mərkəzinin ən üst qatı, açıq havada olan yer də izləmək üçün bağlanılıb.
Qeyd edək ki, Demokratik Qüvvələrin Milli Şurasının saat 15:00 a mitinq təyin edib. Xalq Cəbhəsi Partiyasının rəhbərliyi bugünki mitinq ərəfəsində partiya fəallarının həbslərinin davam etdiyini bildirir. Həbs edilənlərin ümumi sayı 10 nəfəri keçib. Onlardan beşi inzibati qaydada 60 günlük həbs edilib. Jurnalist, keçmiş siyasi məhbus Seymur Həzi də onlar arasındadır. Partiyanın Nizami rayon təşkilatının sədri Paşa Umudov da 3 ay müddətinə həbs edilib. Ona qarşı CM-in 234.2-ci (qanunsuz narkotik dövriyyəsi) maddəsi ilə cinayət işi açılıb[:]