[:az]‘Elina işi’ ilə bağlı məhkəmə istintaqı yekunlaşıb.Prokuror çıxış edəcək[:]

tərəfindən Gozetci

[:az]

 Hakim iş üzrə qaldırılan vəsatətləri təmin etməyib

Oktyabrın 11-də Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə intihar etdiyi bildirilən şagird Elina Hacıyevanın ölümü ilə bağlı məhkəmə istintaqı davam edib.

Bu günki prosesdə Təhsil Nazirliyinin nümayəndəsi Elmar Kərimov çıxış edərək onlara qaldırılmış mülki iddianın təmin edilməməsini istəyib.

Daha sonra prosesdə Elina Hacıyevanın hüquqi varisinin nümayəndələri vəsatətlə çıxış edərək Sevinc Abbasovanın iş üzrə şahidlərə təzyiq etdiyi əsas gətirərək barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyiblər.

Vəsatət təmin edilməyib.

Vəkil Sevinc Əliyeva keçmiş direktorun məktəbin psixoloqu olmuş Könül Ağayeva (o da Elinanın ölümündən sonra işdən çıxarılıb-red.) ilə Whatsapp yazışmasını, psixoloqun yerli mediaya müsahibəsi olan diski, məktəbin sabiq müdir müavini Məlahət Hüseynova barəsində məhkəmə qərarlarını sübut kimi hakimə təqdim edib. Sözügedən məhkəmə qərarlarında şahid ifadələri var ki, işdən çıxarılan M.Hüseynova haqqında həqiqətə uyğun olmayan şikayətlərə, aktlara imza atmağa onları S.Abbasova məcbur edib. Diskdəki müsahibədə isə psixoloq bildirir ki, məhkəmədə dindirilməmişdən əvvəl S.Abbasova onunla əlaqə saxlayıb, onun mənafeyinə uyğun ifadə verməsini istəyib.

Təqsirləndirilən S.Abbasova isə kimsəyə təzyiq göstərmədiyini deyib: «Mən ona necə təsir göstərmişəm ki, məhkəmədə mənim əleyhimə kifayət qədər ağır ifadə verdi? Əgər təsir vardısa, burada dindiriləndə niyə demirdi?».

Hakim bu vəsatəti təmin etməyib.

Daha sonra həm müdafiə tərəfi həm də zərərçəkmişlərin vəkilləri təkrar ekspertizanın keçirilməsini və yaxud ekspertlərin məhkəmədə dindirilməsi ilə bağlı vəsatətlər qaldırıblar.

Bildiriblər ki, ekspert rəyi ilə məhkəmədə dindirilən həkimlərin dedikləri arasında kəskin ziddiyyətlər var.

Amma məhkəmə təkrar ekspertiza və ekspertlərin dindirilməsi barədə vəsatətləri də təmin etməyib.

Məhkəmədə iş üzrə olan sənədlər elan olunub.Prosesdə məhkəmə istintaqı başa çatdığı bildirilib.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Prosesdə oktyabrın 16-dək fasilə elan olunub.

Məhkəmədə iş üzrə olan sənədlər elan olunub. Prosesdə məhkəmə istintaqı başa çatdığı bildirilib.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Prosesdə oktyabrın 16-dək fasilə elan olunub.

Bakıda 162 saylı ümüumtəhsil məktəbində oxuyan Elina Hacıyevanın bu il aprelin 4-də özünü məktəbin üçüncü mərtəbəsindən atıb, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, aprelin 6-da vəfat edib.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Şagirdin intihar etdiyi bildirilir və buna səbəb kimi məktəbdə ona pis münasibət bəsləndiyi qeyd olunur.

Hadisədən sonra Hacıyevanın təhsil aldığı 162 saylı məktəbin direktoru Sevinc Abbasova, direktor müavini Lalə Məhərrəmova, sinif rəhbəri Çimnaz Mehdiyeva və həmin təhsil müəssisəsinin psixoloqu Könül Ağayeva işdən çıxarılıb.

“Məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib,” Baş Prokurorluğun açıqlamasında belə yazılıb.

İttiham sübuta yetirilərsə, məktəb direktoruna 5 ilədək həbs cəzası verilə bilər. Amma məktəb direktoru hadisədən az sonra mediaya açıqlamasında bu məsələdə özünü təqsirli bilmədiyini deyib.

Amerikanın Səsi

[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az