[:az]BŞBPİ hüquq qaydasını pozmuş 17 şəxsə xəbərdarlıq edildiyini qeyd edib[:]

tərəfindən Gozetci

[:az]

Foto: Meydan TV

Bakı Şəhər Polis İdarəsi piketlə bağlı açıqlama yaydı

Demokratik Qüvvələrin Milli Şurası növbəti mitinqinin vaxtını elan edib. Bu barədə AXCP sədri Əli Kərimli açıqlama yayıb. Əli Kərimli Milli Şuranın 19 oktyabrda aksiya keçirəcəyini bildirsə də, tədbirin harada keçiriləcəyini qeyd etməyib.

Əli Kərimli deyib ki, oktyabrın 8-də keçirilən piketdə iştirak və ya müşahidə etmək üçün minlərlə insan gəlmişdi:

“Onlar piketdə iştirak edə bilməsələr də, piketin tələblərilə həmrəy idilər. Bu qədər insanın piketdə iştirak etməyə can atması və ya kənardan dəstəyini ifadə etməsi hakimiyyətə ciddi mesajdır. Xalqımız elliklə dəyişiklik istəyir. Bugünkü razılaşdırılmış piketdə saxlanılanlar da var. Amma bütövlükdə aksiya dinc şəraitdə keçirildi. Polislərin də əvvəlki zamanlarla müqayisədə daha peşəkar davrandığı diqqəti cəlb etdi. AXCP funksionerləri xalqın arasında idilər və qanundankənar heç bir prosesə imkan vermədilər. Ən əsası isə bugünki möhtəşəm aksiyanın müəllifi olan xalqımızın davranışı hər cür təqdirəlayiq idi. Minlərlə insan bir tərəfdən heç nədən çəkinmədən şəhərin mərkəzində sərbəst toplaşmaq azadlığı tələbilə həmrəy olduğunu ifadə etdi, digər tərəfdən isə heç bir təxribat və zorakılıq üçün rejimə bəhanə vermədi. Hakimiyyət 19 oktyabr mitinqi ilə razılaşmalıdır. Bugünki aksiya sübut etdi ki, bu, artıq təkcə müxalifətin deyil, xalqın tələbidir. Xalq isə tələb etdiyini əldə etməyi də bacarır”. Milli Şura bu gün Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında razılaşdırılmış piket keçirib. Ancaq aksiyada polislə qarşıdurma qeydə alınıb, son məlumata görə, hələlik Səbail Rayon Polis İdarəsində bir nəfər saxlanılıb. Bakı Şəhər Polis İdarəsi 8 oktyabr piketi barədə məlumat yayıb. Bildirib ki, Demokratik Qüvvələrin Milli Şurası və Azərbaycan Xalq Cəbhəsi Partiyası 50 nəfərin iştirakı ilə piket keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Müraciətə razılıq verdikdən sonra təşkilatçılar Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunublar:

“Aidiyyəti qanunvericilik aktlarının tələbləri nəzərlərinə çatdırılıb, tədbirin dinc, qanuni qaydada, yazılı xəbərdarlıqda göstərilib və toplantıya qoyulmuş şərtlərə uyğun təşkil olunması barədə xəbərdar ediliblər. Lakin onlar “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 9-cu maddəsinin V və 12-ci maddəsinin III hissələrinin tələblərini kobud surətdə pozaraq oktyabrın 8-i tədbir yerinə razılaşdırılmış vaxtdan qabaq toplaşıb, piketə dəstək adı altında qanunsuz aksiyalarına qoşulmaq barədə vətəndaşlara çağırışlar edib, toplantıya 50 nəfərdən çox tərəfdarını cəlb etməklə müəyyən olunmuş ərazidən kənara çıxmağa, qanunsuz küçə yürüşü keçirməyə cəhd göstəriblər”.

Məlumatda deyilir ki, bunun nəticədə həmin ərazidə nəqliyyatın hərəkəti iflic olub, piyadaların sərbəst gediş-gəlişinə maneçilik yaranıb, ətrafdakı insanlara qarşı kobudluğa və digər qanunazidd hərəkətlərə yol verilib.

Bakı Şəhər Polis İdarəsi hüquq qaydasını pozmuş 17 şəxsə xəbərdarlıq edildiyini qeyd edib: “4 nəfər barəsində inzibati protokol tərtib olunub. Həmçinin, polisin qanuni tələblərinə tabe olmayaraq küçə yürüşü keçirməyə cəhd edən 5 nəfər haqqında toplanmış inzibati materiallar məhkəməyə göndəriləcək, sərxoş halda olan və üzərində soyuq silah aşkarlanıb götürülmüş daha bir piket iştirakçısının əməlinə hüquqi qiymət veriləcək”.

Meydan Tv

[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az