[:az]Müsavatçılar sərbəst buraxılıb[:]

tərəfindən Gozetci

[:az]Oktyabrın 5-də Cəlilabadda Müsavat Partiyasının başqanı Arif Hacılı ilə görüş zamanı Müsavat başqanının müşaviri Hidayət İsmayılov, rayon təşkilatının sədri Azər Əsgər, NTK sədri Akif Bədirli və Şura üzvü Rüstəm Rüstəmov saxlanıldıqdan sonra polis şöbəsinə aparılıblar.

Bu barədə Turana məlumat verən partiyanın mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəylinin deməsinə görə, Hidayət İsmayılov polis şöbəsində görüşlə bağlı sualları verəndən sonra sərbəst buraxıb.

Daha sonar digər fəallarda buraxılıb.

Arif Hacılı ilə Cəlilabad rayonunda keçirilən görüşdən qayıdan partiyanın Masallı təşkilatının sədri Allahverdi Rəhimli, sədr müavini Ramiz Abdulla və bir neçə fəal Masallı rayonu ərazisində saxlanaraq, bu rayonun polis şöbəsinə aparılıb. Onlar da sorğu-suala tutulduqdan sonra sərbəst buraxılıblar”.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az