[:az]Apellyasiya Məhkəməsi Xədicə İsmayılovanın şikayətini təmin etməyib[:]

tərəfindən Gozetci

[:az]Sentyabrın 20-də Bakı Apellyasiya Məhkəməsində araşdırmaçı-jurnalist Xədicə İsmayılovanın şikayəti üzrə ilkin məhkəmə iclası keçirilib.

O, barəsində olan sınaq müddətinin ləğv olunması ilə bağlı vəsatəti təmin etməyən Binəqədi Rayon Məhkəməsinin builki 9 avqust qərarından şikayət edib.

Jurnalist Apellyasiya Məhkəməsindən bu qərarı ləğv etməyi və onu sınaq müddətindən azad etməyi xahiş edib. İclas zamanı vəkil Cavad Cavadov bəzi vəsatətlər qaldırıb. O, CM-in 71.1-ci maddəsinin izahı ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərilməsini xahiş edib.

“Sınaq müddətinin azı yarısı keçdikdən sonra şərti məhkum edilmiş şəxs öz davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə məhkumun üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında şərti məhkumetmənin ləğv edilməsi və məhkumluğun götürülməsi barədə qərar qəbul edə bilər”, – maddədə deyilir.

Vəsatət onunla əlaqədar olub ki, birinci instansiya məhkəməsi hesab edib ki, X.İsmayılova “islah olunduğunu” sübut edə bilib.

Ancaq Binəqədi məhkəməsinin nəyə əsaslandığı məlum deyil, çünki həmin rayonun icra və probasiya şöbəsi belə rəy verməyib.

Digər vəsatətə görə, müdafiə tərəfi “Aztelekom” İB-nin keçmiş baş direktoru Məmməd Məmmədovun şərti azadlığa buraxılması barədə məhkəmə qərarının işə tikilməsini xahiş edib.

Vəkil hesab edir ki, qanun hamıya şamil edilməlidir və hamı qanun qarşısında bərabərdir. Müdafiə tərəfi X.İsmayılovanın üzərindən məhkumluğun götürülməsindən imtinanı Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsinin (diskriminasiyanın qadağan edilməsi) pozulması hesab edir.

X.İsmayılova vəsatəti dəstəkləyib, M.Məmmədovun işinə əsaslanaraq birinci instansiya məhkəməsinin arqumentlərini yalnış və diskriminativ adlandırıb.

“O, çoxlu pul oğurlayıb, mən yox. Bu adam vəzifə cinayətləri edib. Çox rahat onun məhkumluğu götürülür. Mən məhkəmənin məntiqini anlaya bilmirəm. Hesab edirin ki, onun da çox islah olunmasına ehtiyac var “, – X.İsmayılova deyib.

O, məhkəmədən məhkumluğun üzərindən götürülməsini və sərbəst hərəkət azadlığının təmin olunmasını istəyib.

Lakin məhkəmə vəsatəti və şikayəti təmin etməyib. X.İsmayılova Ali Məhkəməyə kassasiya şikayəti vermək niyyətindədir.

* Tanınmış jurnalist Xədicə İsmayılova 2014-cü ilin dekabrında həbs edilib. Sonradan iqtisadi cinayətlərdə ittiham olunaraq 7,5 ilmüddətinə mühakimə edilib.

2016-cı ilin mayında Ali Məhkəmə onun real həbs müddətini beş il sınaq müddəti olmaqla 3,5 il şərti cəza ilə əvəzləyib.

2016-cı ilin avqustunda Bakı Apellyasiya Məhkəməsi sınaq müddətini dəyişməyərək şərti cəzanın müddətini 2 il 3 ayadək azaldıb.

Cəza müddəti başa çatıb. Bundan əlavə, 2015-ci il noyabrın 25-dən hesablanan beşillik sınaq müddətinin böyük hissəsi başa çatıb. Bunları nəzərə alaraq o, məhkumluğun üzərindən götürülməsinə təkid edir.

Sınaq müddəti X.İsmayılovanın hər ay Binəqədi rayonu İcra və probasiya şöbəsində qeydiyyatdan keçməsini nəzərdə tutur və xaricə səfərini qadağan edir.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az