[:az]Vəkil Nemət Kərimli cəzaçəkmə müassisəsində girov saxlanılıb[:]

tərəfindən Gozetci

[:az]

Vəkil Nemət Kərimli cəzaçəkmə müassisəsində girov saxlanılıb. Bu barədə vəkil özünün Facebook hesabında məlumat paylaşıb. O bildirib ki, Əfqan Muxtarlı ilə görüşə gedərkən üzərində axtarış aparmaq istəyiblər:

“Əvvəl razılaşmasam da, gərginlik yaratmamaq üçün icazə verdim, qanunsuz olaraq ayaqqabımın işini, corablara qədər axtarış etdilər. Görüşdən çıxarkən yenidən üzərimdə axtarış aparmaq istədilər. Qərar tələb etdim, dedilər, axtaracağıq. Kimisə çağırdılar, özünü rəis müavini kimi təqdim edən Emin adlı şəxs gəldi. Yenidən qərar tələb etdim, hamını axtarırıq, icazəmiz var dedi, söhbətdən sonra baxış keçirtməyə icazə verdim. Yoxlayıcılar qeydləri oxumaq istədilər, icazə vermədim. Yenidən Emin müdaxilə etdi və dedi ki, rəis səni çağırır, qəbuluna gedək”

Vəkilin sözlərinə görə o, yenidən imtina etdikdən sonra  Emin adlı şəxs onun köynəyindən tutaraq divara itələyib. Ona “sən kimsən?, bura müəssisədi, sənə göstərərəm, kimə istəsən şikayət et, qəsdən skandal yaradırsan” deyərək zorla rəisin yanına aparmaq istəyib:

“Mən imtina etdim, əlimdəki çantanı zorla əlimdən aldı, içərisindəkiləri stolun üstünə tökdü, 2 vərəq başqa məhkəmə prosesindən olan və digər şəxsi qeydlərimi götürüb oxudu. Sonra rəisə mərüzə etdi və sənədləri onun yanına apardı. Məni təxminən 45-50 dəqiqə otaqların birində girov saxladılar. Sonradan sənədlərimi verib, yola saldılar.

Vəkil Nemət Kərimli baş verən hadisə ilə bağlı bazar ertəsi rəsmi şikayət edəcəyini bildirib.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az