[:az]Müsavat Partiyasının fəalı sərbəst buraxılıb[:]

tərəfindən Gozetci

[:az]Sentyabrın 13-də saxlanılaraq naməlum istiqamətdə aparılan Müsavat Partiyasının fəalı İlqar Mahmud Binəqədi Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 300 manat cərimə edilərək sərbəst buraxılıb.

Bu barədə Müsavat Partiyası məlumat yayıb.

İlqar Mahmud məhkəmə prosesinin qapalı keçirildiyini bildirib.

“Məhkəmədə ancaq özləri idilər. Bir tanımadığım vəkil də gətirmişdilər. Dedi ki məndən imtina eləmə, sənin xeyrinə danışacam. Guya məndə az miqdarda narkotik maddə olduğu ittihamı ilə məni 300 manat cərimə edib sərbəst buraxdılar,” İlqar Mahmud bildirib.

İlqar Mahmudun yaşadığı Binəqədi rayonunda müvafiq polis bölməsi və polis idarəsi, onun saxlanması haqqında hər hansı bir məlumata malik olmadığını bildirib. İlqar Mahmudun ailəsinə onun yeri barədə məlumat verilməyib.

Müsavat Partiyası fəalın saxlanılmasını `Azərbaycanda insan oğurluğunun növbəti nümunəsi və repressiya aktı` kimi qiymətləndirərək, hüquq mühafizə orqanlarından İlqar Mahmudun yeri və saxlanmasının səbəbi barədə dərhal məlumat verilməsini və onun dərhal azadlığa buraxılmasını tələb etmişdi.

Amerikanın Səsi[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az