[:az]AŞPA məruzəçisi siyasi məhbusları ziyarət edib[:]

tərəfindən Gozetci

[:az]AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruəzçisi Torhildur Sunna Evarsdottir 5-7 sentyabr tarixlərində Bakıya səfəri çərçivəsində penitensiar müəssisələrdə bir sıra məhbusla görüşüb.

Xüsusən, o, hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınmış jurnalist Əfqan Muxtarlı, “Müsəlman Birliyi” hərəkatının lideri Taleh Bağırzadə, onun köməkçisi Abbas Hüseynov və Səid Dadaşbəyli ilə görüşüb.

Siyasi məhbusların vahid siyahısının tərtib edilməsi üzrə işçi qrupun üzvü, araşdırmaçı jurnalist Xədicə İsmayılova Turan-a bildirib ki: “Məruzəçinin siyasi məhbus probleminin həllinə sistemli yanaşması olduğu hiss olunur”.

İsmayılovanın sözlərinə görə, Evarsdottir azad edilən siyasi məhbusların yerinə başqalarının həbs edilməsi kimi pis təcrübəyə son verilməsi zərurətini başa düşür.

Məruzəçinin səfərin yekunlarına dair bəyanatla çıxış edəcəyi gözlənilir.

AŞPA məruzəçisi səfər çərçivəsində Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə də görüşlər keçirib.

Azərbaycan hüquq müdafiəçilərinin son məlumatına görə, ölkə həbsxanalarında 120-yə yaxın siyasi məhbus saxlanılır.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az