[:az] “Tərtər işi” fiqurantlarının ailə üzvləri etiraz aksiyası keçirib[:]

tərəfindən Gozetci

[:az]

Foto: Turan

Cümə günü “Tərtər işi”nin bir sıra fiqurantlarının ailə üzvlərindən ibarət qrup Ədliyyə Nazirliyinin binası qarşısında aksiya keçirib. Onlar işin ibtidai istintaqa qaytarılmasını, təqsirləndirilən şəxslərə qarşı işgəncələrə qiymət verilməsini və həbs edilənlərin azad edilməsini tələb ediblər. Polisin müdaxiləsindən sonra aksiya dayandırılıb. Amma etirazçıların nümayəndələri Ədliyyə Nazirliyində qəbul edilib.

Xatırladaq ki, 2017-ci il mayın 7-də Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti, Azərbaycan Müdafiə və Daxili İşlər nazirlikləri birgə bəyanat yayaraq, hərbi qulluqçuladan və mülki şəxslərdən ibarət saxlanılan qrupun Ermənistan xüsusi xidmətlərinin xeyrinə casusluqda ittiham olunduğunu bildirib.

Bəyanata əsasən, Ermənistan Silahlı Qüvvələrinin Kəşfiyyat Xidməti Tərtər rayonunda Azərbaycan ordusunun birləşmələrinə qarşı geniş miqyaslı təxribat aksiyası hazırlayıb.

Mayın 3-də Azərbaycan Hərbi Prokurorluğu Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb. Prokurorlardan, müdafiə, daxili işlər nazirliklərinin nümayəndələrindən və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq qrupu yaradılıb. Saxlanılan şəxslər müxtəlif müddətli azadlıqdan məhrumetmə cəzalarına məhkum ediliblər.

Amma tezliklə məlum olub ki, araşdırma zamanı ən az 8 şübhəli şəxs işgəncə nəticəsində öldürülüb. Sonradan, təkrar araşdırma zamanı öldürülən dörd nəfərə bəraət verilib, onlara qarşı işləri saxtalaşdıran müstəntiqlər isə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası alıblar.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az