[:az]Prokuror “Gəncə işi”nin fiqurantlarından ibarət növbəti qrup üçün cəza təklif edib[:]

tərəfindən Gozetci

[:az]“Gəncə işi” üzrə ittiham olunan növbəti qrupun işi üzrə bugünki prosesdə dövlət ittihamçısının son çıxışı olub.

Prokuror Bəkrəm Əliyevin 16 il, Həbib Qurbanovun 15 il, Mirzə Hüseynovun 8 il, Asif Cavadovun 7 il, Elmir Hüseynzadənin 7 il, Şahin Verdiyevin 6 il, Vüqar Yusifovun 6 il, yetkinlik yaşına çatmamış Emil Məmmədovun islah-tərbiyə müəssisəsinə yerləşdirilməklə 5 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

İttiham tərəfi Əliyev və Qurbanovu ciddi rejimli cəzaçəkmə müəssisəsinə salmağı təklif edib.

Müttəhimlər kütləvi iğtişaşlar təşkil etməkdə və ya iğtişaşlarda iştirak etməkdə, polis əməkdaşlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olan güc tətbiq etməkdə ittiham olunurlar.

Təqsirləndirilən şəxslərin valideynləri prokurorun çıxışından narazılıqlarını bildiriblər. Onlar hesab edirlər ki, oğulları cinayət törətməyib.

Növbəti prosesdə vəkillər və müttəhimlər özləri çıxış edəcək.

İşə Gəncə Ağır Cinayətlər Məhkəməsi Bakının Sabunçu Rayon Məhkəməsinin binasında baxır.

* 2018-ci il iyulun 3-də Gəncədə şəhərin o vaxtki icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib.

Gəncə sakini Yunis Səfərov onu və cangüdənini yaralayıb. Bundan sonra sosial şəbəkələrdə iyulun 10-na

Gəncə administrasiyası qarşısında Vəliyevə qarşı etiraz aksiyası təyin edilib. Elə həmin gün DİN Gəncədə

iğtişaşlar olduğu, iki polis əməkdaşının öldürüldüyü barədə məlumat yayıb. Bunun ardınca dindarlar və

digər şəxslər arasında kütləvi həbslər aparılmağa başlayıb.

2019-cu il iyulun 31-də baş prokuror Zakir Qaralov idarədə keçirilən müşavirədə bildirib ki,

E.Vəliyevə sui-qəsdlə bağlı mütəşəkkil cinayətkar qrupun 29 üzvü cinayət məsuliyyətinə cəlb edilib, 11

nəfər barəsində isə beynəlxalq axtarış elan edilib.

10 iyul hadisələri ilə bağlı 60 nəfər barəsində 8 cinayət işi üzrə istintaq yekunlaşıb və işlər

məhkəmələrə göndərilib. Təqsirləndirilən şəxslər müxtəlif müddətli həbs cəzalarına məhkum edilib.

Sonradan Apellyasiya Məhkəməsi işin altı fiqurantını azad edib.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az