[:az]Şəmkirdə sakinlər yolu bağlayıblar[:]

tərəfindən Gozetci

[:az]Sentyabrın 3-də Şəmkir rayonunun Sabirkənd kəndinin sakinləri mərkəzi yolu bağlayaraq, aksiya keçirməyə cəhd ediblər.

Aksiya iştirakçılarının Turan-a verdiyi məlumata görə, aksiyanın səbəbi kənddə təbii qazın olmaması olub.

Aksiya zamanı 50-yə yaxın kənd sakini problemlə bağlı hər yerə müraciət etdiklərini, lakin nəticə olmadığını vurğulayıblar.

“Dəfələrlə müraciət etmişik, şikayətlərimizə baxmırlar. Biz də adam kimi yaşamaq istəyirik. Biz yolu ona görə kəsmişik ki, bizə qaz verilsin. Bəsdir, kələ-kötük yandırdıq. Ermənilər bir tərəfdən əziyyət verir, Azərbaycan bir tərəfdən. Biz bundan sonra Ermənistan prezidentinə müraciət edəcəyik”, deyə aksiya iştirakçısı bildirib.

Bir müddət sonra aksiya iştirakçıları əraziyə cəld edilmiş polis qüvvələri tərəfindən uzaqlaşdırılıb. Bir neçə nəfər saxlanılıb.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az