[:az]Babək Həsənovun ailəsi: ‘Bizə ayrıseçkilik edilir'[:]

tərəfindən Gozetci

[:az]Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Babək Həsənovun bu il Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinə qəbul olunan oğlu Əhəd Həsənovun ali təhsil almasına əngəllər yaradıldığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna məlumat verən Ə.Həsənovun anası İlahə Həsənova bildirib ki, B.Həsənov Qarabağ müharibəsinin iştirakçısı və 2-ci qrup əlil olduğuna görə oğlu ödənişli əsaslarla universitetə qəbul olunsa da, təhsilini pulsuz almalıdır: «Lakin BDU-da bizdən çoxlu sənəd istədilər. Universitetin hüquqşünası dedi ki, əlillik barədə arayışı, veteran vəsiqəsini və hərbi komissarlıqdan məhz BDU üçün verilən kağızı gətirmək lazımdır».

«Məcbur olub birillik təhsil haqqını ödədik»
Veteran vəsiqəsinin 2017-ci ildə axtarış zamanı yoxa çıxdığını bildirən İ.Həsənova qeyd edib ki, B.Həsənovun 2012-ci ildə verilmiş əlillik haqqında müddətsiz arayışı var, lakin onu universitetdə qəbul etməkdən imtina ediblər:

«Universitetin hüquqşünası bizə deyib ki, 2015-ci ildə əlillik barədə arayışın forması dəyişib və arayış məhz bu formada təqdim edilməlidir. Mənim «Babək bəy həbsdə olduğuna görə arayışı və hərbi komissarlıqdan kağızı gətirə bilmərik, ona 2012-ci ildə verilən arayış müddətsizdir» sözlərim qəbul olunmadı. Ona görə məcbur olub birillik təhsil haqqını ödədik. Bizə qarşı ayrı-seçkilik edilir».

İ.Həsənova əlavə edib ki, məsələ ilə bağlı məhkəməyə müraciət edəcəklər. Yaxınları bildiriblər ki, B.Həsənovun ailəsi kirayədə yaşayır.

Amma İ. Həsənovanın dediklərinə, hələlik, Bakı Dövlət Universitetindən və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Qanunvericilikdə necədir?
Təhsil məsələlər üzrə ekspert Kamran Əsədov deyir ki, 2014-cü ilin martında prezident İlham Əliyevin imzaladığı sərəncamda bu məsələlər öz əksini tapıb. Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi, Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil, ölkənin azadlığı, ərazi bütövlüyü uğrunda həlak olan və itkin düşən vətəndaşların təhsil müəssisələrində ödənişli əsaslarla oxuyan uşaqları təhsil haqlarından azaddırlar…

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az