[:az]Vəkil Əfqan Muxtarlı ilə görüşə bilməyib[:]

tərəfindən Gozetci

[:az]Vəkil Nemət Kərimlinin hazırda həbsdə olan jurnalist Əfqan Muxtarlı ilə görüşmək istəyi baş tutmayıb.

Bu barədə məlumatı Nemət Kərimlinin özü açıqlayıb: «Avqustun 25-də həbsdə olan, hüquqlarını müdafiə etdiyim jurnalist Əfqan Muxtarlı ilə görüşməkdən ötrü onun saxlandığı 10 saylı Cəzaçəkmə Müəssisinə getdim, amma görüş verilmədi».

N.Kərimlinin deməsinə görə, müəssisədən görüş verilməməsinə əsas kimi həftənin bazar günü olması göstərilib. O vurğulayıb ki, qanunvericiliyə görə, vəkilin müdafiə etdiyi şəxs ilə görüşünü məhdudlaşdıracaq zaman anlayışı yoxdur: «Qanunvericilikdə deyilir ki, vəkil müdafiə etdiyi şəxslə istədiyi qədər görüşə bilər. Yəni, bununla bağlı qanunvericilikdə hər hansı məhdudiyyət nəzərdə tutulmur».

N.Kərimli əlavə edib ki, Ə.Muxtarlı ilə yenidən, avqustun 27-də görüşməyə çalışacaq.

Vəkilin bu açıqlamasına, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az