[:az]Qəbələdə kütləvi zəhərlənmə[:]

tərəfindən Gozetci

[:az]Dünən Qəbələ rayonunun Zərgərli kəndində yerli sakin Həsən Əsgərovun toy mərasimi zamanı kütləvi zəhərlənmə baş verib. 500 qonaqdan 89-u, o cümlədən 8 həddi-buluğa çatmamış vətəndaş zəhərlənib.

Rayon polis şəbəsinin və prokurorluğunun əməkdaşları Qida Təhlükəsizliyi Agentliyinin regional şöbəsinin nümayəndələri ilə birlikdə hadisə yerinə baxış keçiriblər, yoxlama üçün qida nümunələri götürüblər.

Faktla bağlı CM-in 200.3 (qəsdən keyfiyyətsiz məhsulların istehsalı, satışı, onların keyfiyyətinin pis olmasının gizlədilməsi, ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır ziyan vurulmasına səbəb olduqda) və 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi açılıb, ekspertizalar təyin edilib.

İlkin araşdırmaya əsasən, qonaqların vəziyyəti müxtəlif növ qida və içki qəbulundan sonra pisləşib. Onlar dərhal rayon xəstəxanasına və diaqnostika mərkəzinə çatdırılıb. 88 nəfər tibbi yardım göstərildikdən sonra evə buraxılıb, bir nəfər xəstəxanada saxlanılıb.

Təqsirkarların müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi üzrə tədbirlər görülür, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin məlumatında deyilir.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az