[:az]Əsabəli Mustafayev: AİHM-də qazanılmış işlər üzrə kompensasiyalar ödənilmir[:]

tərəfindən Gozetci

[:az]Vəkil Əsabəli Mustafayevə Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarları üzrə vəkil xərcləri hakimiyyət tərəfindən ödənilmir.

Vəkilin sözlərinə görə, bu hal artıq bir neçə ildir baş verir. “Hətta ərizəçilərin özlərinə kompensasiya ödənilsə də, qərarda nəzərdə tutulmuş vəkil xərci mənə ödənilmir”.

Mustafayevin vurğuladığına görə, problemlə bağlı Prezident Administrasiyasına dəfələrlə müraciət etsə də, ona “tapşırıq yoxdu” cavabı verilir.

Vəkil qeyd edib ki, məsələ ilə bağlı Azərbaycanın AİHM yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərova sorğu göndərsə də, hələ ki, sorğuya cavab yoxdur. “Gələn həftə cavab gəlməsə, məhkəməyə üz tutacağam. Bəlkə orada məsələyə aydınlıq gətirmək mümkün oldu”.

Mustafayev əlavə edib ki, ərizəçilərə AİHM qərarları üzrə təyin edilmiş kompensasiyaların ödənilməməsi ilə bağlı da sorğular göndəriləcək və məhkəmələrə müraciət ediləcək.

Məsələ ilə bağlı Prezident Administrasiyasından münasibət öyrənmək mümkün olmayıb.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az