80
[:az]Siyasi fəal Bayram Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb. Bu barədə fəal İlkin Rüstəmzadə özünün “Facebook” hesabında məlumat paylaşıb. O bildirib ki, bir neçə gündür Bayram Məmmədovun yaxınlarını küçədə saxlayıb üzərində axtarış aparıblar.
Xatırladaq ki, “heykəl məhbusu” kimi tanınan Bayram Məmmədov bu il martın 16-da prezidentin imzaladığı əfv fərmanına əsasən azadlığa çıxıb.[:]