[:en]Vəkil: “İndi də AİHM-dən göndərilən məktublar yoxa çıxmağa başlayıb”[:]

tərəfindən Gozetci

[:en]Artıq nəinki Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) gedən, hətta oradan göndərilən məktublar da “Azərpoçt”da yoxa çıxır. Bunu Turan-a vəkil Aqil Layıc bildirib.

Onun sözlərinə görə, ona ünvanlanmış ikinci məktub da gəlib çatmayıb.

“Avropa məhkəməsindən təsdiqlədilər ki, göndərdikləri sənədlər ünvana çatmayıb”, – vəkil deyib.

Vəkil qeyd edib ki, məktubların “itirilməsinin” mənası yoxdur, çünki AİHM buraxılmış müddəti üzrlü sayaraq, onu uzadır və sonucda işə baxılır.

Digər tərəfdən Strasburq məhkəməsi artıq sənədlərin elektron mübadiləsinə başlayıb, lakin proses bir az uzanır. Həm də mübadilə ancaq vəkillərlə aparılır.

A.Layıc ona çatmayan məktublarla bağlı “Azrpoçt” MMMC-yə müraciət etsə də, cavab verən olmayıb.

“Bunu edənlər dövlətin imicinə xələl gətirir və süni əngəllərlə Avropa məhkəməsinə çatımlılığı aradan qaldırmağa çalışır”, – vəkil bildirib.

“Azərpoçt” MMC-dən Turan-a bildiriblər ki, məktub və ya digər poçt göndərişlərinin itirilməsi ilə bağlı şikayətçi quruma sorğu göndərərək müraciət edə bilər.

Son illər bir neçə vəkil AİHM-ə göndərilən məktubların poçtda itməsi ilə bağlı açıqlama yayıb. Onlar güman edirlər ki, məktublar bilərəkdən itirilir.

“Azərpoçt”dan bildiriblər ki, məktub itməsi başqa ölkələrdə də baş verir.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az