[:az]2018-ci il iyulun 3-də baş vermiş Gəncə hadisələrinə görә hәbs olunmuş Aydın Qurbanov bu gecə – iyulun 10-da Penitensiar Xidmətin xəstəxanasında vəfat edib. Bu barədə AzadlıqRadiosuna məhbusun həyat yoldaşı Mәhbubә Məmmədova məlumat verib.
«Hal-hazırda morqun qarşısındayam, bir saata mənə təhvil verilməlidir», – həyat yoldaşı deyir.
Penitensiar Xidmətdən bu hadisə ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.
A.Qurbanov Cinayət Məcəlləsinin 228.3-cü (mütəşəkkil cinayətkar dəstə tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, başqasına vermə, satma, saxlama, gəzdirmə, daşıma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, həbsdə olarkən onkoloji xәstәlikdәn әziyyәt çəkdiyi aşkarlanıb.
Hələ iyulun 8-dә həyat yoldaşına Penitensiar Xidmətin Müalicə Müəssisəsində baş çəkdiyini deyən M.Məmmədova 15 dəqiqə davam edən görüş zamanı Qurbanovun qan qusmağa başladığını və koma vәziyyәtinә düşdüyünü bildirmişdi. Onun sözlərinə görə, həkimlər Aydın Qurbanovun bir neçə gün ömrü qaldığını bildiriblər. Bundan sonra rəsmi qurumlardan yoldaşının evə buraxılmasını xahiş edib: «Dedim, heç olmasa, son nəfəsini evində versin, əli balalarının əlinə dəysin. Vermədilər. Dedilər ki, məhkəməni gözləyin».
A.Qurbanovun işinin başqalarından ayrılaraq iyulun sonlarında keçirilməsi gözlənilirdi.
Azadlıq Radiosu[:]