[:az]’Gəncə məhbusları’ evlərindən götürülən əşyaların qaytarılmasını tələb edir[:]

tərəfindən Gozetci

[:az]Dövlət Sərhəd Xidməti Gəncə hadisələrinə görə həbs olunan şəxslərdən Oqtay Hüseynzadə haqqında məhkəmənin və vəkilin göndərdiyi eyniməzmunlu sorğulara fərqli cavablar verib. Bu, Gəncə hadisələri üzrə O.Hüseynzadənin də daxil olduğu 8 nəfərlik qrupun məhkəməsində məlum olub.

Onların işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Bakıda – Sabunçu Rayon Məhkəməsinin binasında baxır.

Hakim Xaqani Səmədov deyib ki, məhkəmənin bir müddət öncə O.Hüseynzadə ilə bağlı Dövlət Sərhəd Xidmətinə (DSX) göndərdiyi sorğuya cavab gəlib. Bildirilib ki, 2017-ci ildə əvvəl İrana, oradan da Gürcüstana gedib.

Telefonlar, planşet, 1500 avro…
O.Hüseynzadənin vəkili İlqar Şahməmmədov bildirib ki, DSX onun eyniməzmunlu sorğusuna fərqli cavab verib. Bu cavabda Oqtayın Azərbaycandan Gürcüstana, oradan İrana getdiyi göstərilib.

«Bu necə ola bilər ki, eyni dövlət orqanı eyni sorğuya fərqli cavablar verir?», – vəkil bildirib.

Təqsirləndirilən şəxslərin vəkilləri onların evlərində axtarış zamanı götürülən əşyaların qaytarılması barədə vəsatətlər qaldırıblar. Bildiriblər ki, evdən götürülən əşyalar barədə sənədlər cinayət işinin materiallarında yoxdur.

O.Hüseynzadəgilin evindən axtarış vaxtı onun pasportu ilə yanaşı, telefonlar, planşet götürülüb. Heç biri də qaytarılmayıb.

Təqsirləndirilən Abbas Abbasovun yaxınları isə bildirib ki, axtarış zamanı evdən 1500 avro pul da yoxa çıxıb.

Vəkillərin daha bir vəsatəti təqsirləndirilən şəxslərin işgəncə şikayətləri ilə əlaqədar təkrar ekspertizanın keçirilməsi olub. Əvvəlki ekspertizanın cavabına etiraz edən vəkillər bildirib ki, həmin rəy qərəzlidir. Ekspertiza təqsirləndirilən şəxslərin üzərində xəsarət izləri aşkarlandığını, ancaq həmin xəsarətlərin təxminən il yarım öncəyə (yəni hadisədən əvvəl) aid olduğunu göstərib.

X.Səmədovun sədrlik etdiyi hakimlər heyəti qaldırılan vəsatətlərin heç birini təmin etməyib.

Bu qrupun işi üzrə məhkəmə prosesi iyulun 12-də davam edəcək.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az