[:az]Әhmәdli yarmarkasının satıcıları şikayət edir[:]

tərəfindən Gozetci

[:az]Bakının Әhmәdli qәsәbәsindә yerlәşәn kәnd tәsәrrüfatı yarmarkasında narazılıq olduğu bildirilir. Bu barədə yarmarkanın satıcıları məlumat verib.

Satıcıların sözərinə görə, polislәr yarmarkanın söküləcəyindən ərzanin boşaldılmasını tələb edib. Şikayətçilər hesab edirlәr ki, yarmarkanın sökülmәsi ilә bağlı onlara qabaqcadan xәbәrdarlıq verilməli idi: “Ailә dolandıra bilmirik. Burda bir şeylәr satıb ailәmizә 5-3 manat pul aparırıq. İndi polislәr gәlib deyirlәr ki, yarmarka sölükəcək”.

Şikayətçilərin sözlәrinә görә, yarmarkada çoxsaylı şəxslər çalışır, amma obyektin sökülmәsi ilə bağlı әmri hansı qurumun verdiyi onlara bəlli deyil: “Yarmarkanın lәğvini bizә GMO olan mәhsulların (Gen köçürülmüş orqanizm genetik yeniləşdirilmiş və ya genetik modifikasiya olunmuş orqanizm – GMO adlanır ) satışına qadağa qoyulması ilә izah ediblər. Yarmarka 10 ildir fәaliyyәt göstәrir. Niyә mәhz indi GMO söhbәti yaranıb?”- deyә etiraçılar bildirdilәr.

Şikayətçilərin sözlərinə görə, bir müddәt davam edәn aksiya insidentsiz başa çatıb. Ancaq onların dediklərinə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az