[:az]“Günün səsi” (Gununsesi.info) portalının rəhbəri, keçmiş “vicdan məhbusu” Pərviz Həşimli saytın açılmasına və onun xaricə çıxmasına qoyulmuş qadağanın ləğvinə yardım etmək çağırışı ilə baş prokurora müraciət edib.
Sayt Azərbaycanda 2018-ci ilin iyulunda Gəncədə baş verilmiş hadisələrdən sonra bu mövzuda nəşrlərlə əlaqədar bloklanıb. Bundan başqa, Həşimlinin özünün ölkədən çıxışına qadağa qoyulub.
Həşimli mayın 24-də baş prokurorun Gəncəyə səfəri zamanı onunla görüşməyə çalışıb. Amma jurnalisti Qaralovun yanına buraxmayıblar, baxmayaraq ki, o, əvvəlcədən qəbula yazılmışdı.
Həşimli qeyd edir ki, onun saytı Gəncə hadisələri haqqında materialları “KİV haqqında” qanunun tələblərinə uyğun şəkildə dərc edirdi. Bu zaman rəsmi məlumatlara daha çox yer ayrılırdı.
Həşimli özü bir neçə jurnalistlə birlikdə Bakı Prokurorluğunda dindirilib, bundan sonra onun xarici səfərlərinə qadağa qoyulub.
Rabitə Nazirliyindən və baş internet tədarükçüsü operatoru Delta Telekom-dan verilən cavablara görə, onlar saytı bloklamayıblar.
TURAN[:]