[:az]Hüquqşünas Ənnağı Hacıbəylinin ölkədən çıxışına tətbiq edilən qadağa qaldırılıb [:]

tərəfindən Gozetci

[:az]Mayın 8-də Azərbaycan Hüquqşünaslar Assosiasiyasının rəhbəri, hüquqşünas Ənnağı Hacıbəylinin ölkədən çıxışına Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi tərəfindən tətbiq edilən qadağa götürülüb.

Hüquqşünas bu barədə özü sosial şəbəkədə paylaşıb: “Fevralın 13-də Səbail məhkəməsinin qərarı ilə hesabıma qoyulmuş həbs götürülmüşdü. Bu gün Nəsimi məhkəməsinin qərarı ilə ölkədən çıxışıma qadağan götürüldü. 5 il davam edən qanunsuz məhdudiyyətlərin götürülməsi üçün 20-yə yaxın məhkəmə prosesində hüquqlarımın bərpası üçün mübarizə apardım. Hətta Avropa Məhkəməsinin qərarından sonra da yarım il hüquqlarımı pozdular. Belə bir ölkədə yaşayırıq. Bu ölkə bizimdir, onun cəngəlliyə çevrilməsinə imkan verməyək. Bu günlərdə hüquqları bərpa olunmuş şəxsləri təbrik edirəm, hələ də hüquqları pozulanlara uğur arzulayıram.”[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az