[:en]PFPA Activist Detained[:az]AXCP fəalının saxlandığı deyilir[:]

tərəfindən Gozetci

[:en]A member of the Popular Front Party (PFPA) Tofig Mammadov was detained by police officers near the Inshaatchilar metro station on April 12.

According to eyewitnesses, physical pressure was exerted on Mammadov. The reasons for the detention are not known. Mammadov was selling lemons, and the police did not touch other small traders.

It was not possible to get comments from the press service of the Ministry of Interior.

In January of this year, Mammadov held a hunger strike in protest against the pressure on the blogger Mehman Huseynov.

In February, he received 15 days of arrest on charges of not obeying the police.

 

TURAN[:az]«Partiyanın fəallarından Tofiq Məmmədov aprelin 12-də saxlanıb və Yasamal Rayon Polis İdarəsinin 29 saylı Polis Bölməsinə aparılıb».

Bunu AzadlıqRadiosuna Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) bildiriblər.

Partiyadan verilən məlumata görə T.Məmmədovun polisə aparılmasının səbəbini öyrənə bilməyiblər. «Hökumət rəsmiləri, hüquq-mühafizə orqanları etiraf etməsə də, mitinqlər öncəsi belə saxlananlar olur. Aprelin 20-nə Milli Şuranın mitinq təyin etməsi artıq heç kəsə sirr deyil», – partiyadan bildiriblər.

AXCP-dən onu da deyiblər ki, T.Məmmədov bundan öncə də bir neçə dəfə saxlanıb, inzibati cəzalara layiq görülüb.

Amma bu deyilənlərə, hələlik, Yasamal Rayon Polis İdarəsinin 29 saylı Polis Bölməsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

AXCP-nin daxil olduğu Milli Şura aprelin 20-nə mitinq təyin edib. Hələlik, Bakı Şəhər İcra Hakimiyyəti mitinq müraciətinə cavab verməyib. Amma Milli Şuranın bundan öncə bir neçə aksiyasına «Sərbəst toplaşmaq azadlığı haqqında» Qanunun tələblərinin pozulması və sakinlərin narazılığı səbəb göstərilərək, razılıq verilməyib. Milli Şura cavabı əsassız sayıb.

Xatırlatma
AXCP bildirir ki, bu ilin əvvəlindən 50-dən çox fəalları inzibati hüquq pozmalarında günahlandırılaraq sutkalıq həbs ediliblər. Onlardan əlavə, cərimə edilənlər də var. AXCP onların siyasi fəaliyyətlərinə görə şərləndiyini açıqlayıb. Amma hakimiyyət rəsmiləri də deyirlər ki, Azərbaycanda heç kim siyasi fəaliyyətinə görə təzyiqlərə məruz qalmır.

AZADLIQ RADİOSU[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az