[:az]Qiyas İbrahimov: Bayıra çıxsam polislər aparacaqlar məni[:]

tərəfindən Gozetci

[:az]Əfv sərəncamına düşən növbəti şəxs yeni həbs təhlükəsində olduğunu bildirib

Prezident İlham Əliyevin martın 16-da imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılan Qiyas İbrahimi Nizami Rayon Polis İdarəsinə çağırıblar.

Bu barədə rayon Polis İdarəsinin rəisi Qiyas İbrahimin anası Şura Əmiraslanovaya zəng edərək, deyib.

Məlumatı Q.İbrahim sosial şəbəkədə paylaşıb.

“Bakı Baş Polis İdarəsindən anamın telefonuna zəng etmişdilər. Məni idarəyə çağırırlar. Daha sonra Nizami rayon polis rəisi zəng vurub, ora gəlməyimi xahiş etdi. Ardınca sahə müvəkkili zəng etdi, danışmaq istədiyini dedi. Səbəb “Facebook”dan yazdığım statuslardırsa, qanunu pozmadığım məlumdur. Qanun çərçivəsində buyurub danışsınlar”.

Daha sonra Qiyas İbrahimov “Facebook” sosial şəbəkəsində yazıb ki, 25-ci bölmə rəisi evə gəlib bizi bayıra çıxarmağa çalışırlar.

Qiyas İbrahim: Polislər məni təkidlə evdən çıxarmağa çalışırlar

“Dirəşiblər ki, çölə gəlin. Bir nəfər deyil gələnlər. Məni zorla çağırırlar ki, baş polis idarəsinə gəl. Polislər qanunsuz tələblər edirlər evimizdə, evə girmirlər, amma məni təkidlə çağırırlar ki, bayıra gəl, çıxsam aparacaqlar çox güman”.

Qiyas İbrahim və Bayram Məmmədov 2016-cı ildə mərhum prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” şüarı yazdıqdan sonra narkotik ittihamıyla həbs olunublar. Onlar 10 il azadlıqdan məhrum edilmişdi.

Bayram Məmmədov aprelin 30-da saxlanılaraq 30 sutka inzibati cəza alıb.

Ona Binəqədi müvəqqəti saxlanma təcridxanasında işgəncə verildiyi bildirilir.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az