[:en]Father and son Akhundzade are on hunger strike in prison[:az]Ruhulla Axundzadə və oğlunun aclıq etdiyi bildirilir[:]

tərəfindən Gozetci

[:en]The head of the Astara regional organization of the Islamic Party of Azerbaijan (IPA), Ruhulla Akhundzade, went on hunger strike in protest against “inhuman treatment” and “detention in a punishment cell,” the head of the Center for the Protection of Political Prisoners, Oktay Gyulalyev, wrote about this on his facebook page. According to him, today his son, Mohammedali, who is also serving a sentence in prison, began a hunger strike. Akhundzade senior has been in prison for eight years. In 2013, he was operated on his heart. “Ruhulla Akhundzade has serious health problems. He takes medicine daily. Putting him in a punishment cell and carrying out his hunger strike is dangerous for his life. He served most of the punishment, it was expected that they would be released with his son, however, he was demanded to shave off his beard, which was an insult to the believer,” wrote the human rights activist.

The head of the public relations department of the Prison Service, Mehman Sadigov, did not confirm the report on the hunger strike of Akhundzade”s father and son. According to him, the prisoners are kept in accordance with the requirements of the law. Ruhulla Akhundzade was arrested in January 2011 in the case of the Islamic Party and sentenced to 11.5 years in prison for creating an illegal armed group, appeals against the state, etc. His son was arrested in April 2016 on charges of drug trafficking, and was sentenced to five years in prison.

Human rights activists believe that Akhundzade”s son was arrested for distributing video materials about the persecution of activists of the Muslim Unity Movement in 2015.

 

TURAN[:az]“İslam Partiyası Astara rayon təşkilatının sədri Ruhulla Axundzadə saxlandığı 15 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyasına başlayıb. O, ona qarşı olan qeyri-insani münasibətə, “kars”a (cərimə təcridxanası) salınmasına etiraz əlaməti olaraq bu addımı atıb.” Bu barədə Siyasi Məhbusların Monitorinq Mərkəzinin rəhbəri Oqtay Gülalıyev facebook səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, atasına dəstək olaraq Ruhulla Axundzadənin həbsdə olan oğlu Məhəmmədəli Axundzadə də martın 19-dan aclıq aksiyasına başlayacağını bildirib.

Ruhulla Axundzadə 8 ildir həbsdədir. 2013-cü ildə ürəyindən əməliyyat olunub.

“Axundzadənin səhhətində ciddi problemlər var. Hər gün dərmanlar qəbul edir. Onun “kars”da saxlanması və aclıq aksiyası keçirməsi həyatı üçün təhlükəlidir. Cəzasının çoxunu çəkmiş özünün və oğlunun azadlığa çıxacağı gözlənildiyi halda Ruhulla Axundzadəyə qeyri-insani münasibət göstərib (onun saqqalının qırxılması tələb olunub – red.) “karsa”- a salınması şübhəli və müəmmalıdır”, deyə hüquq müdafiəçisi qeyd edib.

Öz növbəsində, Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov “Amerikanın Səsi”nə bildirib ki, nə Ruhulla Axundzadə, nə də Məhəmmədəli Axundzadə aclıq edəcəkləri ilə bağlı rəsmi müraciət etməyib.

“Bütün məhbuslar qanunvericiliyə uyğun olaraq daxili intizam qaydaları əsasında saxlanılır. Məhbuslar hansısa münasibətdən narazıdırsa Penitensiar Xidmətə şikayət etsinlər, araşdırılsın”, deyə Sadıqov qeyd edib.

İslam Partiyasının Astara rayon (Bakıdan 330 kilometr cənubda, İranla sərhəd rayonu) şöbəsinin sədri Ruhulla Axundzadə 2011-ci ilin yanvarında həbs edilib.

Respublika Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, qanunsuz fəaliyyət göstərən Azərbaycan İslam Partiyasının üzvləri barəsində başlanmış cinayət işi üzrə istintaqın gedişində Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat yolu ilə əldə etdiyi məlumat əsasında 2011-ci il yanvarın 21-də keçirilən əməliyyat-axtarış nəticəsində Ruhulla Axundzadənin yaşadığı evin həyətindəki saxlanc yerindən 4 avtomat, 1 tapança, 3 ədəd patron sandıqcası, 9 əl qumbarası, 10 ədəd “UZRQM” tipli alışdırıcı, 2 trotil şaşkası, 491 patron, 7 ədəd CD formatlı disk və digər predmetler aşkar edilərək götürülüb.

Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ruhulla Axundzadə 11 il yarım azadlıqdan məhrum edilib.

Məhəmmədəli Axundzadə 2016-ci ilin aprelində narkotik ittihamı ilə həbs olunub və 5 il azadlıqdan məhrum edilib. Onun həbsi 2015-ci ilin oktyabrında hüquq-mühafizə orqanlarının Bakının Nardaran kəndində keçirdiyi xüsusi əməliyyatdan sonra həbs edilən şəxlərlə bağlı videolar yaymasından sonraya təsadüf edir.

 

TURAN[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az