[:az]Köçkün yataqxanasında yanğın olub[:]

tərəfindən Gozetci

[:az]Bu gün, martın 8-də Bakıda köçkünlərin məskunlaşdığı daha bir yataqxanada yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

«Yasamal rayonunda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının birinci mərtəbəsində ümumi sahəsi 15 kvadratmetr olan 1-otaqlı mənzildə yataq dəsti və pəncərə çərçivəsi yanıb. Yanğın zamanı 4 nəfər bina sakini təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub».

Yanğın söndürülüb. Hadisənin baş vermə səbəbi, hələlik, açıqlanmır.

Martın 5-dən 6-na keçən gecə Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yataqxana binasında da yanğın olmuşdu. Həmin yataqxanada da köçkünlər məskunlaşmışdı. Bu yanğında isə iki köçkün həlak olmuş, 10-a yaxın şəxs isə xəsarət almışdı.

Həmin yanğına ilkin səbəb kimi elektrik xəttində qısaqapanma göstərilirdi.

Xatırlatma
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın bir qisim əhalisi (Rəsmi statistikaya görə, 600 mindən çox) köçkün düşüb. Onlar Bakıda və ölkənin müxtəlif bölgələrində məskunlaşıblar. Həmin köçkünlərin bir qisminə yeni qəsəbələrdə mənzillər verilsə də, bir qismi hələ də Bakıda və müxtəlif yaşayış məskənlərində yataqxanalarda, başqa müvəqqətı sığınacaqlarda qalırlar.

Qarabağ münaqişəsi Ermənistanın ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə atəşkəs razılığına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayon işğal edilib.

 

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az