[:az]“Müsəlman Birliyi” Hərəkatının fəalından 5 gündür xəbər yoxdur[:]

tərəfindən Gozetci

[:az]“İctimai fəal Bəxtiyar Bağırovdan artıq 5-ci gündür xəbər yoxdur”. Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev facebook səhifəsində məlumat yayıb.

Yaxınlarının dediyinə görə, Bəxtiyar Bağırov “Müsəlman Birliyi” Hərəkatının fəalıdır.

“Bəxtiyar Bağırov Bakının Bakıxanov qəsəbəsində çayxanalırn birində olarkən bir neçə mülki geyimli şəxs tərəfindən saxlanılıb. Bağırovla birgə olanlardan biri onu saxlayanların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının olduğunu güman edir. Çünki, o həmin mülki geyimlərindən birini tanıdığını bildirir,” Bağırovun yaxınlarından biri Ameirkanın Səsinə bildirib. Bununla yanaşı, yaxınları Bəxtiyar Bağırovun saxlanılmasının səbəbləri barədə məlumatsızdır.

Rəsmi qurumlar Bəxtiyar Bağırovun saxlanılması barədə hələ hər hansı məlumat yaymayıb.

Amerikanın Səsi[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az