[:en]The organizers of the rally on January 19, was summoned to the police[:az]Mitinq təşkliatçıları polisdə olub[:]

tərəfindən Gozetci

[:en]The organizers of the rally on January 19 at the Mehsul stadium were summoned to the police department of the capital today, where they were received by the head of the department Mirgafar Seyidov.

A participant in the meeting, Ilham Huseyn, told Turan that the police chief complained about violations of the law during the rally and the discontent of citizens living in this zone.

In response, the organizers rejected the claims of the police and refused to sign some explanatory, stating that there were no offenses, and the police themselves reported this on the same day.

Hussein regarded the call to the police as a violation of the constitutional rights of citizens, restriction of their rights and freedoms.

 

TURAN[:az]Milli Şuranın 19 yanvar mitinqinin təşkilatçıları yanvarın 22-də Bakı Şəhər Baş Polis İdarəsinə (BŞŞPİ) dəvət ediliblər. Bu barədə mitinqin təşkilatçılarından İlham Hüseyn bildirib.

Onun sözlərinə görə, təşkilatçıları BŞBPİ rəisi Mirqafar Seyidov qəbul edib.

İ.Hüseynin sözlərinə görə, idarə rəisi yanvarın 19-da keçirilən mitinqdə qanunazidd hərəkətlər olmasını, sahibikarların və ətrafdakı şəxslərin narazılıqalrını nəzərə çatdırmaq istəyib: “Biz də, yəni mitinq təşkilatçıları bildirdik ki, mitinqin gedişində hər hansı qanunazidd addıma yol verilməyib, deyilən yerdə və müddətdə keçirilib. Polis idarəsində bizə izahatı imzalamaq təklif edildi, amma biz təşkilatçılar olaraq sənədi imzalamadıq və bundan imtina etdik”.

İ.Hüseyn mitinq təşkilatçılarının polis idarəsinə dəvət olunmalarına da münasibət ifadə edib: “Bu dəvət vətəndaşın ifadə, eyni zamanda qanunla, Konstitusiya ilə qorunan sərbəst toplaşmaq azadığını məhdudlaşdırmaq cəhdidir, demokratik dəyərlərlə üst-üstə düşməyən addımdır, bunu elə belə də dəyərləndiririk”.

Xatırladaq ki, Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğu Milli Şuranın yanvarın 19-da keçirilmiş mitinqilə bağlı yanvarın 22-də birgə açıqlama yayıb. Açıqlamada yanvarın 19-da keçirilən mitinqdə qanunazidd hərəkətlərə yol verildiyi iddia edilir və bununla bağlı mitinq təşkilatçılarının polis idarəsiə çağırıldığı və nəzərlərinə çatdırıldığı deyilir.

Açıqlamada həm də deyilir ki, gələcəkdə belə hallar təkrar olunsa təşkilatçılara və iştirakçılara qarşı cinayət məsuliyyəti də daxil olmaqla, ən ciddi tədbirlərin görüləcəyinə dair xəbərdar ediliblər.

Xatırladaq ki, yanvarın 19-da mitinq başa çatdıqdan sonra Bakı Şəhər Polis İdarəsi belə bir məlumat yaymışdı:

“Yanvarın 19-da özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Şuraya daxil olan partiyaların, hərəkatların, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2800 (iki min səkkiz yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb”

 

TURAN[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az