[:az]İkram Rəhimovun şikayəti təmin olunmadı[:]

tərəfindən Gozetci

[:az]Bakı Apelyasiya Məhkəməsi dekabrın 6-da “realliq.info” saytının həbsdə olan redaktoru İkram Rəhimovun vəkillərinin şikayətinə baxıb.

Jurnalistin özü də prosesdə iştirak edib.

İkram Rəhimov deyib ki, istintaqdan gizlənmək, yayınmaq kimi niyyəti olmayıb. Ona görə də rayon məhkəməsinin həbs tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsindən imtina etməsi qanuni deyil.

Ancaq Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədrlik etdiyi kollegiya Səbail Rayon Məhkəməsinin İ.Rəhimovun ev dustaqlığına buraxılmaması haqqında qərarını qüvvədə saxlayıb.

İ.Rəhimov oktyabrın 26-da DTX əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin CM-in 182.2.1 və 182.2.2-ci (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən şantaj) maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində şübhəli şəxs kimi saxlanılıb. İ.Rəhimov ittihamları rədd edir.

 

MEYDAN TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az