[:az]Avropa Məhkəməsi S.Həziyə görə hökuməti cərimələdi[:]

tərəfindən Gozetci

[:az]Avropa İnsan Haqları Məhkəməsi (AİHM) «Azadlıq» qəzetinin şöbə müdiri, «Azərbaycan saatı» televiziya proqramının aparıcısı və redaktoru olmuş Seymur Həzinin şikayəti üzrə qərarını elan edib.

AİHM bu gün, dekabrın 6-da qərarın mətnini açıqlayıb.

Qərarda vurğulanır ki, hazırda həbsdə olan jurnalist Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşya vasitəsilə xuliqanlıq) maddəsi ilə ittiham olunub və 5 il azadlıqdan məhrum edilib.

S.Həzi şikayətində Azərbaycan məhkəmələrində onun Avropa Konvensiyasının 5-ci (Azadlıq və toxunulmazlıq hüququ) maddəsi ilə təminat altına alınan hüquqlarının pozulduğunu iddia edib. Bundan başqa, AİHM-dən Avropa Konvensiyasının 18-ci (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddəsinin pozulmasının tanınması istənilib.

Məhkəmə hesab edib ki, Azərbaycan məhkəmələri S.Həzinin Avropa Konvensiyasının 5-ci (Azadlıq və toxunulmazlıq hüququ) maddəsi ilə təminat altına alınan hüquqlarını pozub. Məhkəmə Konvensiyanın 5.1 və 5.3-cü maddələrinin pozuntusunu tanıyıb.

AİHM Konvensiyanın 18-ci maddəsi üzrə araşdırmaya lüzum görməyib.

Qərara əsasən, Azərbaycan hökuməti S.Həziyə mənəvi zərərə görə 13 min avro, digər xərclərə görə isə 1500 avro ödəməlidir.

Qərar 3 aydan sonra qüvvəyə minəcək.

Xatırlatma
«Azadlıq» qəzetinin şöbə müdiri, «Azərbaycan saatı» televiziya proqramının aparıcısı və redaktoru olmuş S.Həzi 2014-cü il avqustun 39-da həbs edilib. Dayanacaqda Məhərrəm Həsənov adlı şəxsi su şüşəsi ilə vurmaqda suçlanan jurnalist CM-in 221.3 (silah və ya silah qismində əşya vasitəsilə xuliqanlıq) maddəsiylə 5 il azadlıqdan məhrum edilib.

Jurnalist ittihamı rədd edir və özünü təqsirli bilmir. Deyir ki, M.Həsənov öyrədilmiş şəxs olub və özü ona hücum edib. S.Həzi həbsinin səbəbini «Azadlıq» qəzetində hakimiyyəti tənqid edən məqalələri, «Azərbaycan saatı» proqramındakı çıxışlarıyla əlaqələndirir.

«Amnesty International» beynəlxalq insan haqları təşkilatı Seymur Həzini vicdan məhbusu kimi tanıyıb.

 

AZADLIQ RADİOSU[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az