[:az]Hüseyn Məlikə 25 sutkalıq həbs cəzası verilib[:]

tərəfindən Gozetci

[:az]Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) İdarə Heyətinin üzvü Hüseyn Məlik dekabrın 4-də axşamçağı həbs edilib.

ADR sədrinin müavini Ellada Məmmədli Meydan TV-yə deyib ki, Hüseyn Məliki gecə saat 3-də mülki geyimlilər evindən zorla aparıblar:

“Hüseyn Məlikin yaşadığı evin qapısı dəmirdəndir, qapını sındırıb və əllərini bağlayaraq aparıblar. Həmin vaxt Hüseyn bəy evdə tək imiş. Səhər qonşuları qapını açıq görüblər, sonra dostlarına xəbər veriblər”.

Ellada Məmmədli Səbail Rayon Məhkəməsinin Hüseyn Məlik haqda 25 sutka inzibati həbs qərarı çıxartdığını bildirsə də, hansı maddə ilə ittiham olunduğundan xəbərsizdir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Meydan TV-yə belə bir adam tanımadığını deyib: “DİN-in 102 xidmətinə zəng etsinlər, adamın harada olduğu araşdırılsın”.

 

MEYDAN TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az