[:az]Nemət Pənahlı həbsdən buraxılıb[:]

tərəfindən Gozetci

[:az]Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı həbsdən buraxılıb.

Bu haqda Turan-a onun vəkilləri bildiriblər.

Vəkillərin deməsinə görə, N.Pənahlının cəzası başa çatıb.

“Nemət Pənahlı barəsində keçən ay inzibati qaydada verilmiş 30 sutka inzibati həbs qərarının icra müddəti başa çatıb. O, saxlanıldığı Nəsimi rayon polis idarəsindən azadlığa buraxılıb”.

N.Pənahlı barəsində verilmiş inzibati həbs cəzsını əsassız hesab edir. O, Turan-a deyib ki, yerli məhkəmə qərarlarından Avropa Məhkəməsinə şikayət edəcək.

N.Pənahlı oktyabrın 12-də saxlanılmışdı. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsiylə – polis əməkdaşlarının qanuni tələbinə tabe olmamaqda ittiham edilən N.Pənahlı 30 günlüyə inzibati qaydada həbs olunmuşdu.

N.Pənahlı məhkəməsində ittihamı rədd etmişdi.

Nemət Pənahlı 1988-ci ildə Bakının Azadlıq (ovaxtkı Lenin) meydanında keçirilən nümayişlərin aparıcısı olub.

O, 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il azadlıqdan məhrum edilmişdi. İttihamları isə qəbul etmir, bunu siyasi sifariş sayırdı. 2016-cı il martın 17-də prezidentin verdiyi əfv fərmanı ilə vaxtından əvvəl azadlığa çıxıb.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az