[:az]Saray sakinləri su probleminə görə yolu bağlayıblar[:]

tərəfindən Gozetci

[:az]Abşeron rayon Saray qəsəbəsinin sakinləri avtomobil yolunu bağlayıblar.

“Bizim yol” saytının verdiyi xəbərə əsasən, etiraz aksiyasına səbəb, qəsəbədə son bir neçə gündə həllini tapmayan su problemidir.

Post patrul və yol polis əməkdaşları aksiya iştirakçılarını ərazidən uzaqlaşdırıb, nəqliyyatın hərəkətini bərpa ediblər.

İyulun 2-i və 3-də Mingəçevirdə “Azərbaycan İES”də baş verən yangın nəticəsində ölkənin əksər hissəsi elektrik enerjisiz qalıb. Nəticədə yaşayış məntəqələrinə içməli suyun verilməsi də bir müddət dayandırılıb. Sonradan əksər ərazilərdə içməli suyun verilməsi bərpa edilsə də, sosial şəbəkələrdə hələ də suyun verilmədiyi ərazilərin qaldığı qeyd edilir.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az