[:az]Fatimə Mövlamlı ölkədən xaricə buraxılmayıb[:]

tərəfindən Gozetci

[:az]Mayın 7-də ictimai fəal Fatimə Mövlamlını Azərbaycanın Qazax rayonundakı Sınıqkörpü sərhəd-keçid məntəqəsindən Gürcüstana buraxmayıblar.

F.Mövlamlı Turana bildirib ki, sərhəd-keçid məntəqsində onun ölkədən çıxışına Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfində “stop” qoyulduğunu deyiblər.

“Mən qara ciyərimdən müalicə olunmaq üçün Gürcüstana gedirdim. Burada dedilər ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi mənim ölkədən çıxışıma “stop” qoyub. Dedilər ki, Bakıya qayıdım, sabah mayın 8-də İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində izahat yazdıqdan sonra ölkədən çıxışıma qoyulmuş qadağa götürüləcək. Hazırda Bakıya qayıdıram. Ölkədən çıxışıma qoyulmuş qadağa tam əsassızdır, mənim barəmdə hər hansı cinayət işi yoxdur”, o qeyd edib.

Fatimə Mövlamlının bu il martın 31-də yoxa çıxması ilə bağlı məlumat yayılıb. O yalnız aprelin 5-də tapılıb və sonradan DİN Baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsində saxlanıldığını bildirib.

“Məni Bakıda “Diktatoru Tanıdaq” aksiyasını keçirdiyim üçün oğurlamışdılar. Mən onların hədə qorxularına baxmayaraq həqiqətləri açıqladım. Məni şərləyib, guya əxlaqsızlıqla məşğul olduğumu boynuma qoymaq istəyirdilər. Amma oradakı bütün sorğuların yalnız bir mövzusu var idi: siyasi fəaliyyətim!” Fatimə Mövlamlı azad edildikdən sonra aprelin 14-də bildirib.

Hüquq mühafizə orqanları baş verənlərlə bağlı hələ şərh verməyib.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az