[:az]KİV-lərlə bağlı bəzi qanunlara dəyişiklik edilib[:]

tərəfindən Gozetci

[:az]Milli Məclisin mayın 1-də İnzibati Xətalar Məcəlləsinə və Kütləvi İnformasiya vasitələri haqqında qanuna dəyişikliklər etdiyi bildirilir.

“Turan” Agentliyinin məlumatına görə, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik hərbi vəziyyət durumunda kütləvi informasiya vasitələrinin (KİV) fəaliyyəti ilə bağlıdır.

Xəbərə görə, məcəllənin «Fövqəladə vəziyyət rejiminin tələblərinin pozulması» adlanan 517-ci maddəsinə 517-2.15-ci maddə əlavə edilib.

Həmin maddədə hərbi vəziyyətin elan olunduğu ərazidə kütləvi informasiya vasitələrinə tətbiq edilən xüsusi fəaliyyət rejiminə əməl etməyənlərin cərimələnməsi nəzərdə tutulur. Söhbət vəzifəli şəxslərin 1000 manatdan 1500 manata, hüquqi şəxslərin isə 6000 manatdan 8000 manata qədər cərimələnməsindən geidr.

Xəbərdə bildirilir ki, “Kütləvi informasiya vasitələri haqqında” qanuna edilən dəyişiklik senzura ilə bağlıdır. Qanunun senzuranın yolverilməzliyi ilə bağlı müddəalarına dəyişiklik edilib.

Mövcud qanunun “Senzuranın yolverilməzliyi” adlanan maddəsinin mətnində kütləvi informasiya vasitələri (KİV) üzərində dövlət senzurası qadağan edilir. Ancaq 2 hal istisna təşkil edir.

Birincisi, fövqəladə vəziyyət durumunda məhdudiyyətə icazə verilir. Bundan başqa, hazırkı qanun dini ekstremizm əleyhinə əməliiyyatlar zamanı da informasiyaların verilməsinə məhdudiyyətlərin tətbiq edilə bilməsini istisna etmir.

Xəbərə görə, dəyişiklik bu çərçivəni bir qədər də genişləndirib. Bundan sonra hərbi vəziyyət dövründə KİV-in məlumat və materialları hərbi senzuradan keçirilə biləcək. Bundan əlavə, hərbi vəziyyət tətbiq edilən ərazilərdə KİV-ə xüsusi fəaliyyət rejimi tətbiq ediləcək.

Xəbərə görə, İnzibati Xətalar Məcəlləsinə və Kütləvi İnformasiya vasitələri haqqında qanuna edilmiş bu dəyişikliklər ötən il qəbul edilmiş “Hərbi vəziyyət haqqında” qanunla əsaslandırılır. Parlamentin bu gün, mayın 1-də bir sıra başqa qanunlara da eyni əsaslarla dəyişiklik etdiyi vurğulanır.

Ötən il Azərbaycanda «Hərbi vəziyyət haqqında» Qanun qəbul edilib. Həmin qanun hərbi vəziyyət durumunda kütləvi informasiya vasitələrinin fəaliyyətinin məhdudlaşdırılmasına, habelə hərbi senzuranın tətbiqinə imkan verir.

Sözügedən qanunu ekspertlər birmənalı qarşılamayıblar.

Deputatlar, eləcə də hökumətə yaxın bəzi ekspertlər, media təmsilçiləri hərbi durumda məhdudiyyətin tətbiqini normal hesab etsə də, bəzi ekspertlər bu fikri qəbul etmirlər. Onlar hesab edirlər ki, ölkə Konstitusiyası aydın şəkildə senzuranı qadağan edib.

Ekspertlər qeyd edirlər ki, “Konstitusiyaya görə, həmin sənəddə nəzərdə tutulan hüquq və azadlıqları qanunlarda məhdudlaşdırmaq olmaz. Bu, Konstitusiyanın müddəalarının pozulmasıdır”.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az