[:az]Orxan Baxışlının apellyasiya şikayəti təmin edilməyib[:]

tərəfindən Gozetci

[:az]Mayın 16-da Bakı Apellyasiya Məhkəməsi külli miqdarda qanunsuz narkotik maddə satışında ittiham olunan AXCP üzvü Orxan Baxışlının həbslə bağlı şikayətinə baxıb.

Apellyasiya şikayəti onun 4 ay müddətinə həbs olunması barədə Yasamal Rayon Məhkəməsinin 9 may tarixli qərarından verilib.

Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Müdafiə tərəfi həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatət vermək niyyətindədir. Bu barədə Turan-a vəkil Elçin Sadıqov bildirib.

Onun sözlərinə görə, fəal saxlanma şəraitindən və səhhətindən şikayət etməyib.

Ancaq o, cinayət işinin dayandırılmasını xahiş edib.

O.Baxışlı ittihamı rədd edərək deyib ki, heç siqaret də çəkmir. Onun sözlərinə görə, narkotik maddəni onun üzərinə polis əməkdaşları qoyublar.

O.Baxışlı mayın 7-də saxlanılıb. Müxalifətin 31 mart mitinqindən öncə də 30 sutka inzibati həbs edilmişdi.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az