[:az]Milli Şura: Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda 28 may mitinqinə razılıq verməyib[:]

tərəfindən Gozetci

[:az]Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Demokratik Qüvvələrin Milli Şurasının mayın 28-nə paytaxtda planlaşdırdığı mitinqə razılıq vermədiyi deyilir.

Bu haqda Milli Şuradan bildiriblər.

Məlumata görə, Milli Şura mayın 28-də mitinq keçirməkdən ötrü BŞİH-ə müraciət edib.

Ancaq icra hakimiyyəti bu müraciətə müsbət cavab verməyib.

Milli Şuradan verilən məlumata görə, BŞİH bildirib ki, mitinqin mayın 26-da keçirilməsini məqsədəuyğun hesab edir.

BŞİH-in cavabının Milli Şurada müzakirə edildiyi, mayın 26-da mitinq keçirmək qərarından imtina olunduğu bildirilir.

Milli Şuradan vurğulayıblar ki, qurum mayın 28-də Novxanıda Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə bağlı bayram mitinqi keçirməyə qərar verilib.

Xatırlatma

Bu il mayın 28-də Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) 100 illi tamam olcaq. 2018-ci il ölkədə “Azərbaycan Xalq Cumhuriyyəti ili” elan edilib.

Müxalifət bildirir ki, prezidentin Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinin qeyd edilməsi ilə bağlı sərəncamı formal xarakter daşıyır. Onların fikrincə, indiki hakimiyyət cümhuriyyət ideallarından uzaqdır. Hərçənd, hakimiyyət rəsmiləri bu fikri qəbul etmirlər.

Azərbaycanın müxalifət partiyaları son illər bir qayda olaraq mayın 28-də AXC-nin qurucularından olan Məhəmmədəmin Rəsulzadənin doğulduğu Novxanı kəndində bayram mitinqləri keçirir.

AXC 1918-ci il mayın 28-də qurulub, Rusiyanın işğalı nəticəsində 1920-ci il aprelin 27-də süqut edib.

AzadlıqRadiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az