[:az]Keçmiş deputat Hüseyn Abdullayevə qarşı yeni ittihamlar irəli sürülüb[:]

tərəfindən Gozetci

[:az]Türkiyədən ekstradisiya edilmiş biznesmen Hüseyn Abdullayevə qarşı yeni ittihamlar – qanunsuz sahibkarlıq, dələduzluq və hədə yolu ilə pul tələb etmək irəli sürülüb. Bu barədə Vergilər Nazirliyi, DİN və Baş Prokurorluğun birgə məlumatında deyilir.

Mənbənin məlumatına görə, 2013-cü ildə “Araz İNC” şirkətinin 1 mln. 436 min manat məbləğində vergini ödəməməsi ilə əlaqədar CM-in 213.2.2 maddəsi (külli miqdarda vergidən yayınma) üzrə cinayət işi başlayıb.

Azərbaycanın hüdüdlarından kənarda olduğu üçün şirkətin rəhbəri H.Abdullayevin barəsində İnterpolun xəttilə axtarış elan edilib.

2016-cı il oktyabrın 3-də lisenziya olmadan tikinti-quraşdırma işlərinə və 966 min manat gəlir əldə olunmasına görə H.Abdullayevə qarşı CM-in 192.2.2-cu maddəsi (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq) ilə yeni ittiham irəli sürülüb.

Bundan əlavə, H.Abdullayev “Araz-İnşaat” ASC-nin işlər müdiri ilə birlikdə müxtəlif firmalara obyektlər verib və səhmdarlara dividentlər ödəməyib.

Eyni zamanda o, Almaniyadan “Autist Uşaqların Reabilitasiyasına Yardım qeyri-hökumət təşkilatının rəhbəri Elnur Məmmədova hədə-qorxu gələrək icarəyə götürdüyü yerə görə ödənişi artırmağı tələb edib.

Bununla əlaqədar DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində H.Abdullayevə qarşı CM-in 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1, 182.2.2 və 182.2.4 maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Xatırladaq ki, H.Abdullayev Türkiyədə saxlanılıb və aprelin 22-də Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilib.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az