[:az]’Fatimə Mövlanlını azad edin!’ kampaniyası start götürür[:]

tərəfindən Gozetci

[:az]Aprelin 5-də Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iclasının yekunlarına görə “Fatimə Mövlanlını azad edin!” çağırışı ilə kampaniya elan edilib.

İctimai fəal Fatimə Mövlanlı martın 31-də müxalifətin mitinqindən sonra oğurlanıb.

Bir müddət əvvəl mitinq ərəfəsində müxalifət plakatlarını yapışdırdığına görə onu artıq saxlamışdılar və Bakının Binəqədi rayon 4-cü polis bölməsinə aparmışdılar. Onu, eləcə də digər fəalları hədələyib, siyasi aksiyalara son qoymağı, “Diktatoru tanıyın!” aksiyasında iştirak etməməyi tələb etmişdilər.

Aprelin 5-də keçirilən toplantıda Fatimə Mövlanlının işi üzrə xüsusi qrup formalaşdırmaq, həmçinin hüquq-mühafizə orqanlarına və Prezident Administrasiyasına onun azad edilməsi çağırışı ilə müraciətlər göndərmək qərarı verilib.

İclas iştirakçıları, istisnasız olaraq, hesab edirlər ki, Mövlanlının oğurlanmasının arxasında hakimiyyət durur. Əvvəllər müxtəlif illərdə fəalların oğurlanması faktları qeydə alınıb, sonradan onlar polis şöbələrində tapılıb.

Qrupun işinin koordinasiyasını Siyasi Məhbusları Müdafiə Mərkəzi öz üzərinə götürüb.

Mərkəzin koordinatorlarından olan Oqtay Gülalıyev ən ağır şəraitdə olan siyasi məhbusların vəziyyətinə diqqət yetirmək zərurətini qeyd edib. Bu təşəbbüs bütün iştirakçılar tərəfindən dəstəklənib.

Qeyd edək ki, fəalın yoxa çıxmasından ötən 5 gün ərzində hüquq-mühafizə orqanları səssizliyi davam etdirir və hadisə ilə bağlı heç bir reaksiya vermir.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az