[:az]ATƏT PA sədri həbsdəki jurnalistlə görüşüb[:]

tərəfindən Gozetci

[:az]ATƏT Parlament Assambleyasının Azərbaycanda səfərdə olan sədri Georgi Tsereteli dünən, martın 14-də «Kanal 13» internet televiziyasının həbsdəki rəhbərlərindən Əziz Orucovla görüşüb.

Bu barədə jurnalistin xanımı Lamiyə Orucova bildirib. Xanımının deməsinə görə, görüş haqda ona G.Tsereteli şəxsən məlumat verib.

«Bu haqda G.Tsereteli mənə zəng edib bildirdi. O vurğuladı ki, parlamentin sədri Oqtay Əsədovla görüşüb. Bu görüşün Əziz Orucovun işinə müsbət təsir edəcəyini bildirdi. Dedi ki, Əziz Orucovun da azad olunacağına ümid edir. Əlindən gələn bütün yardımı göstərəcəyini dedi», – jurnalistin xanımı bildirib.

Yaxın günlərdə Azərbaycanda əfv, sonra isə Amnistiya gözləndiyi bildirilir.

ATƏT Parlament Assambleyasının sədri G.Tseretelinin rəhbərlik etdiyi nümayəndə heyəti martın 10-da Azərbaycana gəlib. O, Azərbaycan prezidenti İ.Əliyev, Milli Məclisin sədri O.Əsədov və bir sıra rəsmilərlə görüşüb. Habelə, Bakıda ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun «İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu» mövzusunda beynəlxalq konfransa qatılıb.

Ə.Orucov 2017-ci il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində barəsində cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib. Daha sonra məhkəmənin qərarı ilə ona 6 il həbs cəzası verilib.

Ə.Orucov ittihamları qurama sayır. Onun yaxınları da Ə.Orucovun peşə fəaliyyətinə görə həbs olunduğunu düşünürlər[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az