[:az]Milli Şura siyasi mühacirlərin qohumlarına qarşı təqiblərə son qoyulmasını tələb edir[:]

tərəfindən Gozetci

[:az]

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) Azərbaycan hakimiyyətindən Avropada yaşayan siyasi mühacirlərin ailələrinə qarşı repressiyalara son qoyulmasını tələb edib.

Milli Şuranın 3 mart tarixli bəyanatında deyilir ki, son vaxtlar Avropada yaşayan mühacirlərin tənqidi çıxışlarından və fəaliyyətindən dolayı onların Azərbaycandakı qohumlarına qarşı həyata keçirilən repressiyalar artan xətt üzrə davam edir

Belə ki, fevraln 13- də Fransada yaşayan bloger Məhəmməd Mirzəlinin qohumu Elman Ağayevi iş yerindən polisə aparıblar. O, polisə tabe olmamaq ittihamı ilə məhkəmə tərəfindən 30 sutka müddətinə həbs edilib.

Fevralın 17-də Hollandiyada yaşayan bloger Orduxan Teymurxanın Bakıda bacılarının evinə polislər gələrək onların övladlarını axtarıblar və onları həbs ediblər. Suraxanı Rayon Məhkəməsinin qərarı ilə blogerin iki bacısı oğlu- Səbuhi Zeynalov və Tural Əliyevin hər birinə 30 sutka inzibati həbs cəzası verilib.

Fevralın 18-də “Azad söz” səhifəsinin admini, siyasi mühacir Tural Sadıqlının atası Əlövsət Sadıqlını Sabunçu rayon 12 saylı polis bölməsinə aparıblar. Bir sutka saxladıqdan sonra ondan oğlunun hakimiyyəti tənqid etməsinə son qoymasını tələb ediblər.

Fevralın 23-də polis Tural Sadıqlının qardaşı Elgiz Sadıqlını iş yerindən apararaq həbs ediblər. Yalnız 4 gündən sonra məlum olub ki, E.Sadıqova inzibatı həbs cəzası verilib. O, Sabunçu rayon Polis idarəsində saxlanılıb ağır işgəncələrə məruz qalıb.

Fevralın 20-də Almaniyada yaşayan mühacir Camal Seyidlinin qohumu Aydın Məmmədova polisin qanuni tələblərinə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbs cəzası verilib.

Fevraln 17-də mühacir Elmir Şirəliyevin qohumu Abdulla Abuzərov iş yerindən polisə aparılıb, polisə müqavimət adı ilə 30 sutka inzibati həbs cəzasına məruz qalıb.

Milli Şura bu siyahının hələ tam olmadığını bildirir.

Milli Şura bəyan edir ki, hakimiyyətin saxta seçki oyununu ifşa edən, ölkədə hökm sürən talançılığa, korrupsiyaya etiraz edən, siyasi məhbuslara azadlıq tələb edən siyasi mühacirlərin qohumları əsassız olaraq təzyiqlərə və həbslərə məruz qalırlar.

Milli Şurası hakimiyyəti öz fikirlərini azad şəkildə ifadə edən insanlara və onların qohumlarına qarşı həyata keçirdiyi qanunsuz, qisasçı mövqedən çəkinməyə, repressiyaları durdurmağa, həbs olunan bütün şəxsləri qeyd- şərtsiz azad etməyə çağırır[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az